Vanjiru Muiruri: Ürək dili ən güclü ünsiyyət vasitəsidir, mən bunu COP29da hiss etdim AZƏR…
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq. Bakı, 20 noyabr, AZƏRTAC “COP29 konfransı gələcək nəsillərin hüquq və rifahına diqqət yeti
Sağlamlıq və ətraf mühitlə bağlı, xüsusilə də uşaqlar və yerli icmaların hüquqlarını qorumağa yönəlmiş layihələr üzərində çalışıram.
Biz qərarları qəbul edərkən yalnız indiki dövrü deyil, gələcəyi də nəzərə almalıyıq.
Gələcək nəsillərin rifahı, bu qərarların əsas hədəfi olmalıdır.
Bu gün Dünya Uşaqlar Günüdür və uşaqların səslərinin eşidilməsini, onların gələcəklərini təmin etmək üçün tədbirlər görülməsini arzulayıram”.
Bu fikirləri AZƏRTAC-a COP29 çərçivəsində Keniyadan ölkəmizə gələn nümayəndə Vanjiru Muiruri söyləyib.O, iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrin təmsilçisi kimi, bərabər imkanların təmin edilməsinin vacibliyini qeyd edib: “Keniyada emissiya az olsa da, iqlim dəyişikliyinin təsirlərindən ciddi əziyyət çəkirik.
İtki və zərər məsələlərində səhvlərin harada baş verdiyini müəyyən etmək və təsir altında olan icmalarla birgə işləmək çox mühümdür”.
O, COP29 çərçivəsində Səhralaşma və Biomüxtəliflik Konvensiyalarının iclaslarını izləyib və gələcəkdə daha geniş müzakirələrdə iştirak etmək arzusunu ifadə edib.Muiruri təşkilatçılıq və Azərbaycan xalqı haqqında təəssüratlarını bölüşüb.
Tam oxu
Xəbəri oxu