Icma.az
close
up
RU
Vanjiru Muiruri: Ürək dili ən güclü ünsiyyət vasitəsidir, mən bunu COP29da hiss etdim AZƏRTAC

Vanjiru Muiruri: Ürək dili ən güclü ünsiyyət vasitəsidir, mən bunu COP29da hiss etdim AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 noyabr, AZƏRTAC

“COP29 konfransı gələcək nəsillərin hüquq və rifahına diqqət yetirən qərarların qəbul olunmasında zəruridir. Sağlamlıq və ətraf mühitlə bağlı, xüsusilə də uşaqlar və yerli icmaların hüquqlarını qorumağa yönəlmiş layihələr üzərində çalışıram. Biz qərarları qəbul edərkən yalnız indiki dövrü deyil, gələcəyi də nəzərə almalıyıq. Gələcək nəsillərin rifahı, bu qərarların əsas hədəfi olmalıdır. Bu gün Dünya Uşaqlar Günüdür və uşaqların səslərinin eşidilməsini, onların gələcəklərini təmin etmək üçün tədbirlər görülməsini arzulayıram”.

Bu fikirləri AZƏRTAC-a COP29 çərçivəsində Keniyadan ölkəmizə gələn nümayəndə Vanjiru Muiruri söyləyib.

O, iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrin təmsilçisi kimi, bərabər imkanların təmin edilməsinin vacibliyini qeyd edib: “Keniyada emissiya az olsa da, iqlim dəyişikliyinin təsirlərindən ciddi əziyyət çəkirik. İtki və zərər məsələlərində səhvlərin harada baş verdiyini müəyyən etmək və təsir altında olan icmalarla birgə işləmək çox mühümdür”.

O, COP29 çərçivəsində Səhralaşma və Biomüxtəliflik Konvensiyalarının iclaslarını izləyib və gələcəkdə daha geniş müzakirələrdə iştirak etmək arzusunu ifadə edib.

Muiruri təşkilatçılıq və Azərbaycan xalqı haqqında təəssüratlarını bölüşüb. O, COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, burada məsafələrin rahatlıqla keçilə biləcəyini xüsusi qeyd edib: “Dubayda keçirilən tədbirdə yaşıl zona və mavi zona arasında məsafə çox böyük olduğundan həm yorucu, həm də çaşqınlıq yarada bilirdi. Amma Bakıda hər şey çox rahat və əlçatandır.

Azərbaycan xalqının mehribanlığını yüksək qiymətləndirən nümayəndə, dillə anlaşma çətinliklərinin səmimi münasibətlə aradan qaldırıldığını vurğulayıb: “Ürək dili ən güclü ünsiyyət vasitəsidir, bunu burada hiss etdim”.

Muiruri tədbirdə fərqli pavilyonlarda az iştirak etdiyini qeyd etsə də, Uşaq və Gənclər zonasının təşkilini çox bəyəndiyini bildirib: “Bu sahədə mühüm işlər görülür. Çad, Çili, hətta Avstraliya kimi ölkələrin pavilyonları da diqqətəlayiqdir və faydalı müzakirələrə imkan yaradır”.

Keniyalı nümayəndə COP29-un iqlim məsələlərinin ədalətli həllində əhəmiyyətli bir platforma olduğunu vurğulayıb və gələcəkdə qlobal əməkdaşlığın gücləndirilməsinə ümid etdiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri