Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XV turunun "Sumqayıt" - "Neftçi" matçından (2:0) sonra meydan sahiblərinin baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.
"Neftçi” hər zaman “Neftçi”dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir.
Bu matç hər bir oyunçunun qiyməti, karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm.
90 dəqiqə ərzində sübut etdik ki, rəqibdən heç də zəif deyilik. Futbolçularıma təşəkkür edirəm. Onlar üçün böyük addım olacaq.
Demək ki, komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. Bu qələbə bizi ancaq irəliyə doğru aparacaq.
Hansısa eyforiyadan söhbət gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq".
- Həmkarınız Samir Abasov bildirdi ki, həminki “Sumqayıt”dır və heç nə dəyişməyib. Siz geridə qalan zamanda heç nəyi dəyişməmisiz?