Icma.az
close
up
RU
Vaqif Cavadov: “Ailə olaraq “Neftçi”liyik”

Vaqif Cavadov: “Ailə olaraq “Neftçi”liyik”

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XV turunun "Sumqayıt" - "Neftçi" matçından (2:0) sonra meydan sahiblərinin baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

"Neftçi” hər zaman “Neftçi”dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Bu matç hər bir oyunçunun qiyməti, karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində sübut etdik ki, rəqibdən heç də zəif deyilik. Futbolçularıma təşəkkür edirəm. Onlar üçün böyük addım olacaq. Demək ki, komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. Bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söhbət gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq".

- Həmkarınız Samir Abasov bildirdi ki, həminki “Sumqayıt”dır və heç nə dəyişməyib. Siz geridə qalan zamanda heç nəyi dəyişməmisiz?
- Samir müəllimin dediyinə özünüz cavab versəz, daha yaxşı olar. Bu haqda danışmağım doğru olmazdı.

- "Neftçi” ailənizə yaxın klubdur, əminiz və atanız bu klubda oynayıb. Hakimin final fitindən sonra hansı hissləri keçirdiz?
- Bəli, ailə olaraq “Neftçi”liyik. Kaş ki, atam bugünkü oyunu görərdi. Karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmayaraq ki, “Neftçi”lidir. Onun olmaması mənim üçün çətindir. “Neftçi” üzərində qələbəni atama həsr edirəm. Onun üzərimdə böyük əməyi var.

- Samir Abasov amili bu oyuna nə dərəcədə təsir etdi? Bu komandanı qoyub getməsi üç gün ərzində hansısa rol oynayırdı?
- Rəqibimiz “Neftçi” idi. Onlara qarşı oynayırdıq. Qalib gəlmək istəyirdik. Sübut etmək niyyətindəydik ki, heç kimdən zəif deyilik. Bu heyətlə də futbol oynamaq olar.

- Oyunçular arasında hansısa motivasiya var idi? Çünki rəqib keçmiş baş məşqçiləri idi...
- Baş məşqçi ilə bağlı heç bir motivasiya ola bilməzdi. Bütün oyunlara necə hazırlaşmışdıqsa, bugünkü matça da eyni motivasiya ilə çıxmışdıq. Sadəcə “Neftçi” həmişə “Neftçi”dir. Onlara uğurlar arzulayıram. Bu klubu yuxarı pillələrdə görmək istəyərdim.

- "Neftçi”yə görə hansısa taktiki dəyişiklik var idi?
- “Zirə”, “Şamaxı” və “Neftçi”yə qarşı oynadığımız taktikalar demək olar ki, eynidir. Sadəcə bu gün daha çox istək var idi. Bu istəyə görə Allah da bizə qələbəni bəxş etdi.

- Qış “transfer pəncərəsi” üçün hansısa adlar var beyninizdə?
- Bu barədə düşünmürük. Təbii ki, məşqçilər korpusu bu haqda materiallar toplayırlar. Biz hər oyun maksimum nəticə üçün oynayırıq. Qışda pauza olacaq. Digər futbolçular haqda düşünməyə vaxtımız var. Bugünkü gündə heyətimdə hansı futbolçular varsa, çalışacam ki, onlarla işimi davam etdirim.

- Klub prezidenti olsaydınız, 7 oyundan 4 qələbə qazanan baş məşqçinin müvəqqəti statusunu götürüb, daimi müqavilə bağlayardız?
- Bu mənə aid olan sual deyil. Məşqçi olaraq “Sumqayıt”ın yetirməsiyəm. Rəhbərlik mənə inanıb və baş məşqçi postunu etibar etdilər. Sabah deyərlər ki, bugünkü işə görə təşəkkür edirik, amma başqa məşqçi istəyirik. Bu, onların istəyi olacaq. Ya əvəzedici heyətə dönəcəm, ya da baş məşqçi kimi işimə davam edəcəm.

“Kimyaçılar” Samir Abasovun ünvanına şüarlar səsləndiriblər "Zirə"dən darmadağın - YENİLƏNİR "Azəryol" yoxlama oyunu keçirib "Yuventus" Slovakiya millisinin müdafiəçisini istəyir Abasov bu dəfə "Sumqayıt"a qarşı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://apasport.az
archiveBu xəbər 08 Dekabr 2024 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri