Vaqif Həsənov şəhid anası ilə görüşdü Fotolar

27.10.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 27-də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov RİH-in inzibati binasında Birinci Qarabağ müharibəsi şəhidi  Sadiq Hümbətovun anası Elza Vəliyeva ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı RİH başçısı Elza Vəliyevanın problem və qayğıları ilə maraqlanıb, onun müraciətlərini dinləyib.

Səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Vaqif Həsənov şəhid ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək, onların sosial rifahının yaxşılaşdırılması, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və müraciətlərinin operativ şəkildə araşdırılmasının diqqət mərkəzində saxlanıldığını bildirib.

Elza Vəliyeva onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью