Vaqif Həsənov şəhid anası ilə görüşdü Fotolar
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oktyabrın 27-də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov RİH-in inzibati binasında Birinci Qarabağ müharibəsi şəhidi Sadiq Hümbətovun anası Elza Vəliyeva ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı RİH başçısı Elza Vəliyevanın problem və qayğıları ilə maraqlanıb, onun müraciətlərini dinləyib.
Səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Vaqif Həsənov şəhid ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək, onların sosial rifahının yaxşılaşdırılması, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və müraciətlərinin operativ şəkildə araşdırılmasının diqqət mərkəzində saxlanıldığını bildirib.
Elza Vəliyeva onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Oktyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















