Vaqif Sadıqov Azərbaycan kubokunda kimləri şanslı sayır? | Icma.az
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Son oyunlar göstərdi ki, “Neftçi” əzəmətini qaytarıb”.
Bunu İdman.biz-ə AFFA-nın sabiq vitse-prezidenti Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis bu gün keçiriləcək Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı fikirlərini açıqlayıb.
O, ilk matçda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gələn “Neftçi”nin bu matçda da şanslarının yüksək olduğunu vurğulayıb: Komanda uğursuz mövsümün sonlarında avrokuboklara çıxmaq üçün əlindən gələni edir.
Fikrimcə, növbəti mərhələyə vəsiqə qazanan “Neftçi” olacaq. Bu, “Kəpəz”in oyununa kölgə salmaq deyil.
Sadəcə hazırda qərb təmsilçisi çempionatın turnir cədvəlində son pillələrdədir.
Hardasa fikirləşmək olar ki, “Kəpəz” kubok oyununda rotasiya etməklə, tam heyəti buraxmayacaq və çempionat matçlarına köklənəcək”.
Sadıqov bu gün keçiriləcək digər kubok oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Tam oxu
Xəbəri oxu