Icma.az
close
up
RU
Vaqif Sadıqov Azərbaycan kubokunda kimləri şanslı sayır?

Vaqif Sadıqov Azərbaycan kubokunda kimləri şanslı sayır?

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Son oyunlar göstərdi ki, “Neftçi” əzəmətini qaytarıb”.

Bunu İdman.biz-ə AFFA-nın sabiq vitse-prezidenti Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis bu gün keçiriləcək Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı fikirlərini açıqlayıb. O, ilk matçda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gələn “Neftçi”nin bu matçda da şanslarının yüksək olduğunu vurğulayıb: Komanda uğursuz mövsümün sonlarında avrokuboklara çıxmaq üçün əlindən gələni edir. Fikrimcə, növbəti mərhələyə vəsiqə qazanan “Neftçi” olacaq. Bu, “Kəpəz”in oyununa kölgə salmaq deyil. Sadəcə hazırda qərb təmsilçisi çempionatın turnir cədvəlində son pillələrdədir. Hardasa fikirləşmək olar ki, “Kəpəz” kubok oyununda rotasiya etməklə, tam heyəti buraxmayacaq və çempionat matçlarına köklənəcək”.

Sadıqov bu gün keçiriləcək digər kubok oyunu ilə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, “Araz-Naxçıvan” ilk qarşılaşmada 1:0 hesabı ilə qələbə qazansa da, cütün taleyi ikinci görüşdə həll olunacaq: “Premyer Liqanın turnir cədvəlində qonşu olan iki komanda qarşılaşacaq. Hər ikisi çempionatda və kubokda titul qazanmağı qarşısına məqsəd qoyub. İlk matçın da gərgin mübarizə şəraitində keçdiyini nəzərə alsaq, bizi maraqlı oyun gözləyir. Fikrimcə, bu qarşılaşmada şanslar bərabərdir. Baxmayaraq ki, son oyunlarda “Zirə” “Araz-Naxçıvan”dan fərqli, baxımlı futbol sərgiləyir. Bugünkü matçda bakılılar uğurlu seriyanı davam etdirməyə, “Araz-Naxçıvan” isə uğursuzluğa son qoymağa çalışacaq”.

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün yekun vurulacaq. Bir gün öncə “Qarabağ” və “Sabah” artıq yarımfinalda iştiraklarını rəsmişdiriblər.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Fevral 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri