Vardan Qukasyan həbs olunub | Icma.az
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq. Gümrü meri iki ay müddətinə həbs edilib Dünəndən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Erməni
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, iclas səhər saatlarında başa çatıb.
Qərara görə, Qukasyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Dünən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində böyük polis qüvvələri cəmləşib.
Vardan Qukasyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vardces Sarkisyana həvalə edilib.
Oktyabrın 20-də səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü şəhər meriyasına gəliblər.
Maskalı çevik polis zabitləri giriş-çıxışı əngəlləyib. Binanın qarşısına toplaşan polis əməkdaşları ilə vətəndaşlar arasında toqquşma olub.
Xüsusi əməliyyat keçirən maskalı hüquq-mühafizə orqanlarının əməkdaşları mer Qukasyanı saxlayıb İrəvana aparıblar və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən saxlanılıb.
Tam oxu
Xəbəri oxu