Icma.az
close
up
RU
Vardan Qukasyan həbs olunub

Vardan Qukasyan həbs olunub

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Gümrü meri iki ay müddətinə həbs edilib

Dünəndən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, iclas səhər saatlarında başa çatıb. Qərara görə, Qukasyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dünən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində böyük polis qüvvələri cəmləşib. Vardan Qukasyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vardces Sarkisyana həvalə edilib.

Oktyabrın 20-də səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü şəhər meriyasına gəliblər. Maskalı çevik polis zabitləri giriş-çıxışı əngəlləyib. Binanın qarşısına toplaşan polis əməkdaşları ilə vətəndaşlar arasında toqquşma olub. Xüsusi əməliyyat keçirən maskalı hüquq-mühafizə orqanlarının əməkdaşları mer Qukasyanı saxlayıb İrəvana aparıblar və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən saxlanılıb.

Daha sonra mer də daxil olmaqla, səkkiz meriya əməkdaşının rüşvət və rüşvətxorluq ittihamı ilə saxlanıldığı barədə məlumat yayılıb.

Saxlanılanlar arasında şəhərin baş memarı Henrix Qasparyan da var. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatında merin baş memarla söhbətinin yazısı da yer alıb.

Oktyabrın 1-də ölkənin Baş naziri Nikol Paşinyan Milli Assambleyada deyib: “Gümrü altı aydır ki, çoxlarının Vardanik kimi tanıdığı bir klan tərəfindən idarə olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see350

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see341

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see326

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see297

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see296

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see293

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see279

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see278

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see272

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see271

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see253

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see253

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see227

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see224

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see221

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see219

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see218

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see203

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see202

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri