Vaşinqton resurs müqabilində Kiyevi dəstəkləməyə hazırdır ABŞ nin maliyyə naziri | Icma.az
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ administrasiyası Ukraynanın nadir torpaq minerallarından istifadəni nəzərdə tutan iqtisadi tərəfdaşlıq sazişinin həyata keçiriləcəyi təqdirdə Ukraynaya dəstək verəcək.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Kiyevdə Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz Ukrayna ilə iqtisadi əməkdaşlıq haqqında saziş bağlamaq istərdik və bu müqavilənin müqabilində ABŞ Ukraynaya və onun sakinlərinə maddi dəstək verməyə davam edəcək.
İnanırıq ki, bu saziş Rusiya rəhbərliyinə ABŞ-nin buradakı öhdəlikləri ilə bağlı güclü siqnal olacaq", - nazir bildirib.
Onun sözlərinə görə, ABŞ Ukrayna ilə "ümumi iqtisadi öhdəlikləri genişləndirməyə" ümid edir.
Maliyyə Nazirliyinin rəhbəri əlavə edib ki, tərəfdaşlıq “Ukrayna xalqına Amerika yardımına əlavə təminat verir”.
Bundan əlavə, nazir deyib ki, qalıq yanacaq sazişi münaqişə bitdikdən sonra Ukraynanı “təhlükəsizlik qalxanı” ilə təmin edəcək.
Tam oxu
Xəbəri oxu