Icma.az
close
up
RU
Vaşinqton resurs müqabilində Kiyevi dəstəkləməyə hazırdır ABŞ nin maliyyə naziri

Vaşinqton resurs müqabilində Kiyevi dəstəkləməyə hazırdır ABŞ nin maliyyə naziri

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ administrasiyası Ukraynanın nadir torpaq minerallarından istifadəni nəzərdə tutan iqtisadi tərəfdaşlıq sazişinin həyata keçiriləcəyi təqdirdə Ukraynaya dəstək verəcək.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Kiyevdə Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Biz Ukrayna ilə iqtisadi əməkdaşlıq haqqında saziş bağlamaq istərdik və bu müqavilənin müqabilində ABŞ Ukraynaya və onun sakinlərinə maddi dəstək verməyə davam edəcək. İnanırıq ki, bu saziş Rusiya rəhbərliyinə ABŞ-nin buradakı öhdəlikləri ilə bağlı güclü siqnal olacaq", - nazir bildirib.

Onun sözlərinə görə, ABŞ Ukrayna ilə "ümumi iqtisadi öhdəlikləri genişləndirməyə" ümid edir. Maliyyə Nazirliyinin rəhbəri əlavə edib ki, tərəfdaşlıq “Ukrayna xalqına Amerika yardımına əlavə təminat verir”. Bundan əlavə, nazir deyib ki, qalıq yanacaq sazişi münaqişə bitdikdən sonra Ukraynanı “təhlükəsizlik qalxanı” ilə təmin edəcək.

Nazirin sözlərinə görə, ABŞ Ukraynanın bərpasına kömək etmək üçün ona investisiyaların həcmini artırmaq niyyətindədir, lakin o, təfərrüatları açıqlamayıb.

Amerikalı nazirə sual verilib ki, Birləşmiş Ştatlar Rusiyanın işğal etdiyi ərazilərdə yerləşən resursların qaytarılmasına kömək etmək üçün güc tətbiq etməyə hazırdırmı və onlara çıxış əldə etmək niyyətindədirmi? "Müxbirə qeyd etmək istərdim ki, mən müdafiə naziri deyiləm, maliyyə naziriyəm, ona görə də belə mühakimə yürütə bilmərəm", - Bessent cavab verib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Vaşinqtona təklif olunan böyük həcmdə minerallar və nadir torpaq metalları Kiyevin nəzarətində olmayan ərazilərdə yerləşir.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Fevral 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri