GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Tramp hakimiyyətə gəldikdən sonra Ermənistanla münasibətlərin son 4 ildən fərqli olaraq nisbətən soyuması diqqət çəkir.
Globalinfo.az xəbər verir ki, bu məsələ əsasən erməni ictimaiyyəti və siyasi dairələrində narahatlıqla qarşılanır.
“Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin proqram koordinatoru, erməni siyasi ekspert Daniel İoannisyan Vaşinqton və İrəvan arasında münasibətlərin dondurulduğunu bildirib və Ermənistan Xarici İşlər Nazirliyini ittiham edib: “Bütün məsuliyyəti Xarici İşlər Nazirliyinin üzərindədir, səbəbkar da onlardır.
XİN ABŞ-da prezident seçkiləri öncəsi Donald Tramp administrasiyası ilə təmaslardan yayınmaq qərarına gəlib.
Bir çox xarici ölkələrdən fərqli olaraq biz hazırkı hökumət komandası ilə yalnız seçkilərdən sonra söhbətə başladıq.
İndi də bunun nəticəsini görürük. ABŞ ölkəmizdə bir sıra islahatlara dəstəyi dayandırıb, Azərbaycana qarşı münasibətləri də dəyişib”.
Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Suren Sərkisyan da İrəvan hökumətini günahlandırıb: “Hakimiyyət seçkiqabağı kampaniyada Demokratlar Partiyasını açıq şəkildə dəstəklədi.