Icma.az
close
up
RU
Vaşinqtonla İrəvanı küsdürən hadisə 3 erməni etiraz etdi

Vaşinqtonla İrəvanı küsdürən hadisə 3 erməni etiraz etdi

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Tramp hakimiyyətə gəldikdən sonra Ermənistanla münasibətlərin son 4 ildən fərqli olaraq nisbətən soyuması diqqət çəkir. 

Globalinfo.az xəbər verir ki, bu məsələ əsasən erməni ictimaiyyəti və siyasi dairələrində narahatlıqla qarşılanır.

“Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin proqram koordinatoru, erməni siyasi ekspert Daniel İoannisyan Vaşinqton və İrəvan arasında münasibətlərin dondurulduğunu bildirib və Ermənistan Xarici İşlər Nazirliyini ittiham edib:

“Bütün məsuliyyəti Xarici İşlər Nazirliyinin üzərindədir, səbəbkar da onlardır. XİN ABŞ-da prezident seçkiləri öncəsi Donald Tramp administrasiyası ilə təmaslardan yayınmaq qərarına gəlib. Bir çox xarici ölkələrdən fərqli olaraq biz hazırkı hökumət komandası ilə yalnız seçkilərdən sonra söhbətə başladıq. İndi də bunun nəticəsini görürük. ABŞ ölkəmizdə bir sıra islahatlara dəstəyi dayandırıb, Azərbaycana qarşı münasibətləri də dəyişib”.

Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Suren Sərkisyan da İrəvan hökumətini günahlandırıb:

“Hakimiyyət seçkiqabağı kampaniyada Demokratlar Partiyasını açıq şəkildə dəstəklədi. Bu da yeni hökumətlə İrəvan arasında ikitərəfli münasibətlərə mənfi təsir göstərdi. İstisna olunmur ki, ABŞ-dakı səfirimiz Lilit Makunts bizim hökuməti demokratların namizədi Kamala Harrisin qələbə çalacağına inandırıb, beləliklə Ermənistanı tamamilə ona yatırım etməyə və dəstəkləməyə razı salıb. Lakin Trampın qalibiyyətindən sonra səfirlərin yeni administrasiya ilə görüşləri barədə sosial şəbəkə hesabında paylaşım edərkən belə çətinlik çəkirdi”.

Erməni politoloq Tevan Poqosyan da Ermənistan hökumətinin artıq uzun illərdir Demokratlar Partiyası ilə əlaqə saxladığını deyib:

“Bu, danılmaz faktdır. Amma hazırda ABŞ-la münasibətlər ürəkaçan vəziyyətdə deyil. Konstitusiyaya nəzər salsaq, xarici siyasətə cavabdeh qurum Xarici İşlər Nazirliyi və hökumətdir. Seçkiqabağı kampaniyalarda diqqətli davranmalı idilər. Ümumiyyətlə bizim XİN bu gün tanınmaz bir quruma çevrilib. Beynəlxalq münasibətlərdə dövlət maraqları dəyərlərdən üstündür. Dünya gücləri də bunu sübut ediblər. Bir ölkə aydın şəkildə hansı istiqamətdə faydalı olacağını deyə, hər hansı təklif verə bilmirsə, ikinci plana keçir. Məsələn, hazırda ABŞ üçün Türkiyə və Azərbaycan daha maraqlı, diqqətçəkən tərəfdaşlardır. Ermənistan isə diaspor vasitəsilə mövqelərini gücləndirmək əvəzinə, bu gün ancaq parçalanmanı dərinləşdirir”.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri