Vatikan kitabxanaları ilə əməkdaşlıq

28.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli Kitabxanası ilə Vatikan Apostol Kitabxanası ara­sında kitabxana-informasiya sahəsində əməkdaşlığın genişləndirilmə­sinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və Vatikan Apostol Kitabxanasının prefekti Don Mauro Mantovani imzalayıblar.

Memorandum nadir kitab və əlyaz­maların qorunması, bərpası və rəqəm­sallaşdırılması, elektron kataloqlardan qarşılıqlı istifadə, elmi tədqiqatların aparılması, kitab mübadiləsi və bir­gə sərgilərin təşkilini nəzərdə tutur. Mütəxəssislərin təcrübə mübadiləsi və beynəlxalq elmi tədbirlərin keçi­rilməsi də planlaşdırılır. Çıxış edənlər sənədin iki qurum arasında mövcud əlaqələrin möhkəmləndirilməsi, Azər­baycan tarixi və mədəniyyətinə aid ya­zılı mənbələrin araşdırılması, eləcə də milli irsimizin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.

İmzalanma mərasimindən son­ra iştirakçılar Vatikan Apostol Ki­tabxanasında Azərbaycan tarixi və mədəni irsinə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa və rəqəm­sallaşdırılmış nəşrlər, o cümlədən “Kitabi-Dədə Qorqud”un nüsxəsi nü­mayiş etdirilib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью