Vatikan kitabxanaları ilə əməkdaşlıq
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Milli Kitabxanası ilə Vatikan Apostol Kitabxanası arasında kitabxana-informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və Vatikan Apostol Kitabxanasının prefekti Don Mauro Mantovani imzalayıblar.
Memorandum nadir kitab və əlyazmaların qorunması, bərpası və rəqəmsallaşdırılması, elektron kataloqlardan qarşılıqlı istifadə, elmi tədqiqatların aparılması, kitab mübadiləsi və birgə sərgilərin təşkilini nəzərdə tutur. Mütəxəssislərin təcrübə mübadiləsi və beynəlxalq elmi tədbirlərin keçirilməsi də planlaşdırılır. Çıxış edənlər sənədin iki qurum arasında mövcud əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan tarixi və mədəniyyətinə aid yazılı mənbələrin araşdırılması, eləcə də milli irsimizin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.
İmzalanma mərasimindən sonra iştirakçılar Vatikan Apostol Kitabxanasında Azərbaycan tarixi və mədəni irsinə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa və rəqəmsallaşdırılmış nəşrlər, o cümlədən “Kitabi-Dədə Qorqud”un nüsxəsi nümayiş etdirilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 Noyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















