Və öldük mamırlar üzərində... Paul Valeridən sevgi şeiri

30.10.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün tanınmış fransız şair Paul Valerinin anım günüdür.

Kulis.az onun "Dost meşə" şeirini sətri tərcümədə təqdim edir.

Təmiz şeylər düşündük, tərtəmiz;

Uzun yollar boyunca, bərabər;

Əli əlimdə, yanaşı, səssiz,

Ətrafımızda qaranlıq çiçəklər.

Tək-tənha, çöldə, yaşıl gecədə;

Yeriyirdik, nişanlılar kimi.

Göydə ay, nağıldakı bir meyvə,

Bölüşdük o sehirli meyvəni...

Və öldük mamırlar üzərində,

Uzaqda, tənha, o pıçıltılı,

O dost meşənin kölgələrində.

Sonra göydə, nurlara bürünmüş,

Tapdım səni, yaş dolu gözlərim,

Sevimli sükut yoldaşım mənim...

Türk dilindən sətri tərcümə etdi: Aydan Ağayeva

"Evliliyin əvvəli və sonu möhtəşəm, lakin ortası cəhənnəmdir..." - Enid Baqnolddan sitatlar 50 min funt-sterlinqlik ədəbiyyat mükafatının qısa siyahısı açıqlandı Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью