Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Axır vaxtlar həmişə iclasda əlini ürəyinin üstünə qoyardı.
Sanki ürəyini qoruyardı. Xəli Rza Ulutürkün “Gündəliklər” kitabından 10 mart, 1965 Axşamüstü bizə gələn Qabili görəndə sevincimdən az qala u
Eyvanda qucaqlaşdıq. Fəqət qəmli-qəmli bildirdiyi xəbər məni ildırım kimi vurdu: - Mehdi Hüseyn öldü. İnanmaq çətindir. Mən inanmadım.
Qabilin növbəti zarafatı hesab etmək istədim. Lakin Qabil çox qəmgin idi. Az sonra ölümün təfərrüatını mənə danışdı.
Qabil bu xəbəri bildirəndə mən bu gün saat 11 radələrində Mehdi Hüseynlə olan ani görüşümü xatırladım.
Şəhriyar barədə gözəl mühazirə aparıb institutdan çıxmışdım.
Dünən Mehdi Hüseynin “Yeraltı çaylar...” barədə yazdığım məqaləni “Azərbaycan” jurnalına təhvil verəcəkdim.
Jurnalın çıxmasına dözməyib əsəri mətbəədə oxuduğumu bildirdim. Mehdi Hüseyn nə qədər sevindi.