Icma.az, Bizim media portalına istinadən məlumat verir. “Bank of Baku” iki il öncə dəm qazından boğularaq dünyasını dəyişən 44 günlük Vətən
S.Məmmədovun vəfatından 1 ay sonra isə bank ailəni borca görə narahat etməyə başlayıb.
Bu ilin sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində məsələyə baxılıb və digər məhkəmə sentyabrın 22-nə təyin olunub.S.Məmmədovun xalası oğlu Tural İbadlı Bizim.Media-ya açıqlamasında bildirib ki, bank borcun silinməsi ilə bağlı heç bir addım atmayıb: “Sentyabrın 1-də hazırlıq məhkəməsi keçirilib və növbəti məhkəmə sentyabrın 22-nə təyin edilib.
Həmin tarixdə məsələ ilə bağlı rəsmi qərar veriləcək. İlk məhkəmədə hakim bank nümayəndələrinə bildirdi ki, bu, həssas məsələdir və növbəti
Məhkəmədə bank işçiləri bildirib ki, bizim baş ofisə yaxınlaşılmalıdır və orada müzakirə edilməlidir.
Amma bankdan borcdan imtina edilməsi ilə bağlı rəsmi qaydada heç bir məlumat verilməyib.
Qeyri-rəsmi formada kimlərsə borcu bağlamaq istəyiblər, amma bankdan bir addım gəlməyib.
Əslində Səbuhi kifayət qədər yüksək əməkhaqqı alırdı. Biz ölümündən sonra kreditinin olduğunu öyrənmişik.