Icma.az
close
up
RU
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB “Borcu ödəyin, oğlunuz rahat yatsın” FOTO

Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB “Borcu ödəyin, oğlunuz rahat yatsın” FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

“Bank of Baku” iki il öncə dəm qazından boğularaq dünyasını dəyişən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsini kredit borcuna görə məhkəməyə verib.
Ailəsinin verdiyi məlumata görə, onun banka 3 100 manat borcu olub. S.Məmmədovun vəfatından 1 ay sonra isə bank ailəni borca görə narahat etməyə başlayıb. Bu ilin sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində məsələyə baxılıb və digər məhkəmə sentyabrın 22-nə təyin olunub.
S.Məmmədovun xalası oğlu Tural İbadlı Bizim.Media-ya açıqlamasında bildirib ki, bank borcun silinməsi ilə bağlı heç bir addım atmayıb:
 

“Sentyabrın 1-də hazırlıq məhkəməsi keçirilib və növbəti məhkəmə sentyabrın 22-nə təyin edilib. Həmin tarixdə məsələ ilə bağlı rəsmi qərar veriləcək. İlk məhkəmədə hakim bank nümayəndələrinə bildirdi ki, bu, həssas məsələdir və növbəti məhkəməyə qədər həll edilməlidir. Məhkəmədə bank işçiləri bildirib ki, bizim baş ofisə yaxınlaşılmalıdır və orada müzakirə edilməlidir. Amma bankdan borcdan imtina edilməsi ilə bağlı  rəsmi qaydada heç bir məlumat verilməyib. 


Qeyri-rəsmi formada kimlərsə borcu bağlamaq istəyiblər, amma bankdan bir addım gəlməyib. Əslində Səbuhi kifayət qədər yüksək əməkhaqqı alırdı. Biz ölümündən sonra kreditinin olduğunu öyrənmişik. O, bacısı ilə Bakıda yaşayırdı, heç bacısının da kredit məsələsindən xəbəri olmayıb. Nə kreditin, nə də pulu nəyə xərclədiyi ilə bağlı sənədlər var. Sadəcə o, müharibədən sonra böyrək xəstəliyindən əziyyət çəkirdi, ürək çatışmazlığı var idi. Düşünürük ki, krediti bu xəstəliyinin müalicəsinə xərcləyib. Məhkəmədə də bu mövzu müzakirə edildi”.

Mərhum qazinin anası Sevinc Məmmədova da saytımıza açıqlamasında deyib ki, oğlu 3 100 manat dəyərində kredit götürüb, lakin o, bundan xəbərsiz olub:

“Oğlum 23.05.2023-cü il tarixində kredit götürüb və 1 həftə sonra isə dünyasını dəyişib. Bundan 1 ay sonra kreditlə bağlı məlumatlandırılmışam. Borcun  3 100 manat olduğu bildirilir, indiyədək ödəniş etməmişik. Məni məhkəmədən sonra baş ofisə çağırdılar, bildirdilər ki, sual-cavab olmalıdır, lakin mən səhhətimlə bağlı gedə bilmədim. Amma bilmədim ki, nəyə görə çağırılıram”.
Ana baş ofisə getdiyi vaxtda bank işçisi tərəfindən utancverici cavab alıb:
“Mən bu barədə danışmağa xəcalət çəkirəm. Bakıda müalicə aldığım dönəmdə bankın baş ofisinə getdim. Orada orta yaşlı kişi vəkil laqeyidcəsinə dedi ki, siz o borcu ödəyin, ya yaxınlarınız ödəsin. Yoxsa o dünyada oğlunuzu narahat edəcəklər, oğlunuz rahat yata bilməyəcək. Ödəyin ki, o dünyada onu inkir-minkir narahat etməsin”.
Məsələ ilə bağlı “Bank of Baku” ilə əlaqə yaratdıq. Bankdan Bizim.Media-ya bildirilib ki, məsələ haqqında məlumat verilə bilməz:
“Bu qanunvericilikdə müştəri sirri olduğu üçün heç bir məlumat verə bilmərik”.
Mövzunu diqqətdə saxlayacağıq...



Naibə Məmmədova, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Sentyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri