Vəfatını öyrənib hönkür hönkür ağlayan qadın kim idi? Mahnıları erməni mahnısı kimi oxunan…
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür.
Kulis.az Məhsun Qədirovun "Axtarır gözüm səni" yazısını təqdim edir.
Azərbaycan musiqi mədəniyyətində öz dəsti-xətti, öz yolu ilə tanınmış, özünə layiqli yer tutmuş sənətkarlardan biri də respublikamızın Xalq artisti, unudulmaz sənətkarımız mərhum Məmmədbağır Bağırzadədir.
Bal kimi şirin, bənzərsiz səsi ilə uzun illər xalqımızın ürəyini riqqətə gətirən Məmmədbağır Bağırzadənin Azərbaycan musiqisində özünəməxsus yeri var .
Arif Babayev, İslam Rzayev, Süleyman Abdullayev, Sabir Mirzəyev, Qədir Rüstəmov kimi sənət korifeyləri ilə bir dövrdə oxumaq, yaratmaq və onların kölgəsində qalmayaraq şöhrət və xalq məhəbbəti qazanmaq hər sənətkara nəsib olan xoşbəxtlik deyil.
Hələ 12 yaşında ikən Nardaran kəndindəki bir toy məclisində sənətkarlar qarşısında "Bayatı-şiraz" muğam dəstgahını oxuyan Məmmədbağır sənət dünyasına atıldığı ildən musiqimizə bəxş etdiyi və bizlərin hələ eşitmədiyi "təzə", "naməlum" qəlboxşayan səsi ilə qısa bir müddətdə o qədər sevildi və məşhurlaşdı ki, tezliklə el şənliklərinin, dövlət konsertlərinin ən çox alqışlanan müğənnilərindən birinə çevrildi.
Evlərdə, şənliklərdə, məclislərdə, hətta, avtomobillərdə belə yalnız onun lent yazılarını dinləməyə can atırdılar.
Ötən əsrin yetmişinci, səksəninci illərində musiqi aləminə təzə qədəm qoyan gənc müğənnilərin əksəriyyəti Məmmədbağır kimi oxumağa, onun ifa incəliklərini təkrar etməyə, hətta, həyatda da ona oxşamağa can atırdılar.
Tam oxu
Xəbəri oxu