Icma.az
close
up
RU
Vəfatını öyrənib hönkür hönkür ağlayan qadın kim idi? Mahnıları erməni mahnısı kimi oxunan Məmmədbağı Bağırzadə

Vəfatını öyrənib hönkür hönkür ağlayan qadın kim idi? Mahnıları erməni mahnısı kimi oxunan Məmmədbağı Bağırzadə

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür.

Kulis.az Məhsun Qədirovun "Axtarır gözüm səni" yazısını təqdim edir.

Azərbaycan musiqi mədəniyyətində öz dəsti-xətti, öz yolu ilə tanınmış, özünə layiqli yer tutmuş sənətkarlardan biri də respublikamızın Xalq artisti, unudulmaz sənətkarımız mərhum Məmmədbağır Bağırzadədir. Bal kimi şirin, bənzərsiz səsi ilə uzun illər xalqımızın ürəyini riqqətə gətirən Məmmədbağır Bağırzadənin Azərbaycan musiqisində özünəməxsus yeri var .

Arif Babayev, İslam Rzayev, Süleyman Abdullayev, Sabir Mirzəyev, Qədir Rüstəmov kimi sənət korifeyləri ilə bir dövrdə oxumaq, yaratmaq və onların kölgəsində qalmayaraq şöhrət və xalq məhəbbəti qazanmaq hər sənətkara nəsib olan xoşbəxtlik deyil.

Hələ 12 yaşında ikən Nardaran kəndindəki bir toy məclisində sənətkarlar qarşısında "Bayatı-şiraz" muğam dəstgahını oxuyan Məmmədbağır sənət dünyasına atıldığı ildən musiqimizə bəxş etdiyi və bizlərin hələ eşitmədiyi "təzə", "naməlum" qəlboxşayan səsi ilə qısa bir müddətdə o qədər sevildi və məşhurlaşdı ki, tezliklə el şənliklərinin, dövlət konsertlərinin ən çox alqışlanan müğənnilərindən birinə çevrildi. Evlərdə, şənliklərdə, məclislərdə, hətta, avtomobillərdə belə yalnız onun lent yazılarını dinləməyə can atırdılar. Ötən əsrin yetmişinci, səksəninci illərində musiqi aləminə təzə qədəm qoyan gənc müğənnilərin əksəriyyəti Məmmədbağır kimi oxumağa, onun ifa incəliklərini təkrar etməyə, hətta, həyatda da ona oxşamağa can atırdılar.

Məmmədbağır Bağırzadə musiqi aləmindəki yüksək professionallığından və çoxlarının qibtə edəcəyi ali səhnə mədəniyyətindən əlavə (Məmmədbağır səhnəni həmişə müqəddəs bir yer sayardı), həm də Allahın ona bəxş etdiyi xeyirxahlığı, tərbiyəsi, ədəb-ərkanı, mehribançılığı və vəfalı dostluğu ilə də seçilirdi.

Musiqi dünyasında yalnız Məmmədbağır səsinə, ifaçılığına xas olan zəngulələr, musiqiçilərin dili ilə desək bu zəngulələrin içində etdiyi və onu hamıdan fərqləndirən əlavə "boğaz xırdalıqları" onun muğam ifasına, nəğmələrinə xüsusi bir məlahət, şirinlik verirdi.

Məmmədbağır oxuduğu mahnılara həyat verirdi və onları sənət əsərinə çevirərək xalqa elə yaxınlaşdırırdı. Məhz elə buna görə də otuz ildən artıqdır ki, onun bu qeyri-adi ifaçılıq tərzinə, üslubuna, müraciət edən müğənnilərin sayı azalmır.

Məmmədbağır ifa etdiyi muğam və mahnılardakı sözləri elə bir aydınlıqla, ustalıqla dinləyiciyə çatdırırdı ki, dodaqlarından qopan hər bir söz, hər bir kəlmə sanki ürəyimizin, qəlbimizin ən incə yerlərinə toxunurdu.

Uzun illər Rusiyada yaşamağımla əlaqədar biz Məmmədbağırla çox az-az görüşərdik. Onunla bağlı xatirələrdən birini oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm.

...Bakıda olarkən bir toy məclisində eşitdim ki, Qəbələ rayonunun Nohurqışlaq kəndindəki toy məclisində Məmmədbağır oxumalıdır. Tələsik toy məclisini tərk edərək Məmmədbağırrla görüşmək üçün bir tanışımla düz Qəbələyə yollandıq. Havaların soyuq keçməsilə əlaqədar kənd həyətində toy məclisindən ötrü qurulmuş çadırı görərkən təəccübləndim, çünki rəhmətlik heç vaxt rayonlara çadır toyuna getməzdi . Soyuqdan tir-tir əsən və isinməkdən ötrü bir küncdə oturaraq əllərini köz üstündə ovuşduran Məmmədbağır bizi görəndə çox sevindi, toy məclisinə aldadılaraq gətirildiyini söylədi. Ona toyun şadlıq evində keçiriləcəyi sözünü vermişdilər.

Məclisdə əyləşib Məmmədbağırı dinləyərkən ifalarındakı "soyuqluq", "ürəksizlik" məni çox narahat etdi, çünki birinci dəfə idi ki, onun zəif ifasını eşidirdim. Məclis əhlinin onun, həqiqətən, Məmmədbağır olub-olmadığını Bakıdan gəlmiş bir qonaq kimi bizdən öyrənmək istəyəndə isə (kənddə bəzi məclis iştirakçıları Məmmədbağırı üzdən tanımırdı) bu "insafsızlığa" dözməyərək Məmmədbağıra yaxınlaşıb fikrimi bildirmək istəyərkən onun həssaslığına heyran qaldım. Gülümsəyərək mənə dediyi sözlər İdiyədək xatirimdən silinmir:

"Qardaşım, görürəm ki, çox narahatsan, həm də deyəsən, camaat məndən yaman şübhələnib. Narahat olma, hər şey yaxşı olacaq, tezliklə feyziyyab olarlar. Axı həm də sən Bakıdan bura məni dinləməkdən ötrü gəlmisən".

Aldadılıb çadır toyuna dəvət olunduğu üçün bilərəkdən ürəksiz oxuduğunu etiraf edən dostumdan Məmmədbağır olduğunu "sübut etməsini" istədim.

Məmmədbağırın bu andan sonrakı çıxışını, bəlkə də Məmmədbağır yaradıcılığının zirvəsi ola biləcək o möhtəşəm ifasını o vaxt lent yazısına almadığıma görə indiyədək peşmançılıq hissləri keçirirəm. İlahi, insan necə oxuyarmış, insan nələr yaradarmış! Muğam dəstgahları türk mahnıları ilə əvəz olunurdu, türk mahnıları iran zəngulələrinə çevrilirdi, iran musiqisi texniki keçidlərlə, ustalıqla ərəb mahnıları ilə tamamlanırdı. Dağların əks- sədası ilə vəhdət tapan bu möhtəşəm ifa məclis iştirakçılarını, dinləyiciləri heyrətə gətirmişdi . Dinləyicilərdən "Bu, həqiqətən, Məmmədbağır imiş", "Əsl Məmmədbağır belə olar", "Yox, bu, Məmmədbağır deyil, hansısa qeyri-adi bir qüvvədir" sözlərini eşitdikcə, qürur və fərəh hissi duyaraq Məmmədbağırın böyüklüyünə, ifaçılıq gücünə, istedadının, sənətinin qüdrətinə heyran qalırdım!

Mərhum bəstəkarımız Bəhram Nəsibovun ilk mahnılarını ("Ötən gənclik ", "Müəllim" və bir çox təsniflər) Məmmədbağır xüsusi bir zövqlə oxuyardı. Rəhmətlik Bəhram Məmmədbağırın səsinin,sənətinin vurğunu idi və hətta bir neçə mahnısını onun ifaçılıq üslubuna, ifaçılığındakı "texniki xırdalıqlarına uyğunlaşdıraraq" bəstələdiyini söyləmişdi.

Sonralar Məmmədbağırın özünün bəstələdiyi mahnılar ("Mənəm", "Azərbaycan oğluyam", " Söylə, yadındamı", "Sənsən həyatım", "Kəndimizin gözəlləri", "Yadıma düşdü", "Darıxıram" və sair ) dillər əzbəri oldu, məclislərin toy şənliklərinin yaraşığına çevrildi.

O vaxtlar məmurlar tərəfindən Bəhram Nəsibovun yaradıcılığına olan biganəlik musiqi dünyamıza 200-dən artıq mahnı və təsnif bəxş edən, onlarla mahnısı Qızıl Fondda qorunan Məmmədbağır Bağırzadənin də yaradıcılığından yan keçmədi. Nəğmələri dinləyicilərə xalq mahnıları kimi təqdim olundu.

Konsert salonlarında, radio dalğalarında və televiziya kanallarında "Musiqisi Məmmədbağır Bağırzadənindir" sözlərini eşitmək əvəzinə sənətkarın iyirmiyə yaxın mahnısı oğurlanaraq ("Ana dünyası", "Xoşum gəlir", "Axtarır gözüm səni", "Olmaz-olmaz" və başqaları) erməni xalq mahnısı kimi ifa olunur.

"Yiyəsiz" nəğmələrin, müəllif statusu almayan mahnıların aqibəti həmişə belə olur. Yəqin ki, gec də olsa mədəniyyətimizdəki bu haqsızlığa, insafsızlığa son qoyulmasının, bu nəğmələrə düzgün və layiqli qiymət verilməsinin, onların öz müəlliflərinin adı ilə səslənməsinin vaxtı artıq gəlib çatıb.

...Onu son mənzilə bütün Azərbaycan yola salırdı, Rəşid Behbudov adına Mahnı teatrından başlayan izdihamın sonu görünmürdü, adama elə gəlirdi ki, hər bir insan sanki ən əziz bir adamını itirmişdi. Yaxşı tanıdığım və hörmət etdiyim bir ailənin 100 yaşlı ağbirçəyi Nənəxanım nənənin Məmmədbağırın vəfatını eşidərkən hönkür-hünkür ağlayaraq axıtdığı göz yaşları indiyədək gözlərimin önündən getmir. Sənətkara əsl xalq məhəbbəti belə olur!

Məmmədbağırla bağlı xatirələrimizi bir daha yada salmaqdan ötrü Rahim Bağırzadə ilə görüşüb evlərində qonaq olarkən onun atasının layiqli bir oğlu kimi yüksək mədəniyyət sahibi olduğunu, atasının sənətinə, yaradıcılığına, şəxsiyyətinə ləyaqətlə və izzətlə yanaşdığının şahidi oldum. Böyük məhəbbət və ehtiramla atası Məmmədbağırla rəhmətlik anası Kərbəlayı Naibə xanımın ülvi məhəbbətindən kövrəkliklə söhbət açan Rahim atasının ruhunun şad olması üçün ədalətin qələbə çalması, sənətkarın əsərlərinin layiqli qiymət alması üçün böyük işlər görür.

Evlərini tərk etdiyim zaman Rahimdən "Məmmədbağır, gəl, əmini yola sal" sözlərini eşidərkən, qeyri-ixtiyari diksindim və balaca Məmmədbağırın qaça-qaça mənim yanıma gəldiyini gördükdən sonra əmin oldum ki, görkəmli sənətkarımız Məmmədbağır Bağırzadənin nəğmələri, ruhu qəlbimizdə yaşadığı kimi, özü də bu gün bizimlədir...

"Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim üçün qaranlıqdır" - Məqsədləri onu şərləyib tutdurmaq idi... Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq Meyxanaçı, yoxsa qəzəlxan? - Əliağa Vahid, həqiqətən, içki düşkünü idi?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 İyul 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see121

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see115

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see112

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see111

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see110

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri