Venesuelada baş verən zəlzələdə azı 32 nəfər ölüb

25.06.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 
Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb, 700 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqesə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, La Quayra ştatında onlarla bina uçub. Həmçinin, kütləvi dağıntılar qeydə alınıb.
Respublikanın paytaxtı Karakasda yeraltı təkanlar hiss olunub.
Karakasdakı Mayketiya Beynəlxalq Hava Limanı bağlanıb, paytaxtın metro və qatar xidmətləri dayandırılıb.
Delsi Rodriqes hadisəni faciə adlandırıb.
Digər tərəfdən, ABŞ Geoloji Xidmətinin (USGS) Venesueladakı zəlzələ nəticəsində ölənlərin sayının 10 mindən 100 minə qədər artacağını istisna etməyib.
Qeyd edək ki, 24 iyun axşamı Venesuelada güclü zəlzələ baş verib. 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb. Episentrlər Yaracuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Paytaxt Karakasda binalar uçub. Karakasdakı Simón Bolivar beynəlxalq hava limanına da ziyan dəyib. Zəlzələ ölkənin ən böyük neft emalı zavodlarından bəzilərinin yerləşdiyi Montalban şəhərindən təxminən 30 kilometr şimal-qərbdə baş verib.
Sunami xəbərdarlığı edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью