Venesuelada baş verən zəlzələdə azı 32 nəfər ölüb
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb, 700 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqesə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, La Quayra ştatında onlarla bina uçub. Həmçinin, kütləvi dağıntılar qeydə alınıb.
Respublikanın paytaxtı Karakasda yeraltı təkanlar hiss olunub.
Karakasdakı Mayketiya Beynəlxalq Hava Limanı bağlanıb, paytaxtın metro və qatar xidmətləri dayandırılıb.
Delsi Rodriqes hadisəni faciə adlandırıb.
Digər tərəfdən, ABŞ Geoloji Xidmətinin (USGS) Venesueladakı zəlzələ nəticəsində ölənlərin sayının 10 mindən 100 minə qədər artacağını istisna etməyib.
Qeyd edək ki, 24 iyun axşamı Venesuelada güclü zəlzələ baş verib. 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb. Episentrlər Yaracuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Paytaxt Karakasda binalar uçub. Karakasdakı Simón Bolivar beynəlxalq hava limanına da ziyan dəyib. Zəlzələ ölkənin ən böyük neft emalı zavodlarından bəzilərinin yerləşdiyi Montalban şəhərindən təxminən 30 kilometr şimal-qərbdə baş verib.
Sunami xəbərdarlığı edilib.
Bu mövzuda digər xəbərlər:Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb
29 İyun 2025 02:46
Venesuelada 32 kubalı öldürülüb Matəm elan olundu
05 Yanvar 2026 09:43
Venesuelada zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
26 İyun 2026 10:11
Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü VİDEO
25 İyun 2026 09:39
Mozambikdə vəbadan 32 nəfər ölüb
25 Yanvar 2026 20:10
Baxış sayı:157
Bu xəbər 25 İyun 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















