Venesuelanın XİN rəhbəri Azərbaycana təşəkkür etdi

25.06.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ölkəsində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür edib.

"Cebheinfo.az" xəbər verir ki, diplomat bu barədə özünün rəsmi “X” hesabında paylaşım edib.

Nazir rəsmi Bakının çətin məqamda nümayiş etdirdiyi dəstəyi yüksək qiymətləndirib:

“Venesuela hökuməti Azərbaycan Respublikası tərəfindən xalqımıza ünvanlanan başsağlığı və həmrəylik mesajına görə dərin minnətdarlığını bildirir”.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyəlik intervalla baş verən 7.2 və 7.5 maqnitudalı “seysmik dublet” (qoşa zəlzələ) nəticəsində azı 164 nəfər həyatını itirib, 1000-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fəlakətdən dərhal sonra Azərbaycan tərəfi Venesuela xalqı və hökuməti ilə həmrəyliyini ifadə edən rəsmi müraciət ünvanlamışdı.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью