Venesuelanın XİN rəhbəri Azərbaycana təşəkkür etdi
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ölkəsində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür edib.
"Cebheinfo.az" xəbər verir ki, diplomat bu barədə özünün rəsmi “X” hesabında paylaşım edib.
Nazir rəsmi Bakının çətin məqamda nümayiş etdirdiyi dəstəyi yüksək qiymətləndirib:
“Venesuela hökuməti Azərbaycan Respublikası tərəfindən xalqımıza ünvanlanan başsağlığı və həmrəylik mesajına görə dərin minnətdarlığını bildirir”.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyəlik intervalla baş verən 7.2 və 7.5 maqnitudalı “seysmik dublet” (qoşa zəlzələ) nəticəsində azı 164 nəfər həyatını itirib, 1000-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fəlakətdən dərhal sonra Azərbaycan tərəfi Venesuela xalqı və hökuməti ilə həmrəyliyini ifadə edən rəsmi müraciət ünvanlamışdı.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 25 İyun 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















