Vənlik kəndində körpü qəzalı vəziyyətə düşüb: Sakinlər çarəsiz durumda qalıblar | Icma.az
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.
Hazırda 3 kəndin sakinləri çətinliklə üz-üzə qalıblar. Sakinlər bildirirlər ki, problem uzun müddətdir davam edir.
"Keçən il körpü uçub dağıldı, gəlib bərpa etdilər, amma yenə də eyni vəziyyət yaranıb", - deyə kənd sakinlərindən biri qeyd edib.
Başqa bir sakin isə vurğulayıb: "Bu körpünü vaxtilə atam tikdirmişdi. Baxımsızlıq səbəbindən su onu yuyub apardı.
Artıq üçüncü dəfədir ki, təmir edirlər, lakin nəticəsi olmur".
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar İdarəsindən bildirilib ki, sözügedən körpüdə hazırda müvəqqəti təmir işləri aparılır.
Yaxın zamanlarda isə körpü yenidən tikiləcək. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu