Vənlik kəndində körpü qəzalı vəziyyətə düşüb: Sakinlər çarəsiz durumda qalıblar
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.
Hazırda 3 kəndin sakinləri çətinliklə üz-üzə qalıblar.
Sakinlər bildirirlər ki, problem uzun müddətdir davam edir.
"Keçən il körpü uçub dağıldı, gəlib bərpa etdilər, amma yenə də eyni vəziyyət yaranıb", - deyə kənd sakinlərindən biri qeyd edib.
Başqa bir sakin isə vurğulayıb: "Bu körpünü vaxtilə atam tikdirmişdi. Baxımsızlıq səbəbindən su onu yuyub apardı. Artıq üçüncü dəfədir ki, təmir edirlər, lakin nəticəsi olmur".
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar İdarəsindən bildirilib ki, sözügedən körpüdə hazırda müvəqqəti təmir işləri aparılır. Yaxın zamanlarda isə körpü yenidən tikiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 20 Yanvar 2026 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















