Vens: Gələcək həftələrdə Ukraynada sülh təşəbbüsləri ilə bağlı yaxşı xəbərlər olacaq | Icm…
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ vitse-prezidenti Ceyms Devid Vens, Ukraynadakı münaqişənin həlli istiqamətində yaxın həftələrdə "yaxşı xəbərlər" alacaqlarına ümid etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Vens, bu barədə "NBC News" telekanalına verdiyi müsahibədə bildirib.
"Hesab edirəm ki, hər hansısa halda, biz böyük irəliləyiş əldə etmişik. Lakin hələ də hədəfə çatmamışıq.
Düşünürəm ki, önümüzdəki bir neçə həftə ərzində bu sahədə yaxşı xəbərlər ala biləcəyik" – deyə qeyd edib.
Vitse-prezident həmçinin, özü və "bütün Ağ Ev"in, Ukraynadakı böhranın hələ də həll olunmamasından məyus olduqlarını vurğulayıb.
"Biz həqiqətən inanırdıq və prezident Donald Trump bunu dəfələrlə demişdi – bu müharibəni həll etmək çox asan olacaq", – deyə Vens əlavə edib.
Dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putin, Kremldə ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff və Amerikanın dövlət başçısının kürəkəni Jared Kuşneri qəbul edib.
Tam oxu
Xəbəri oxu