Vens: Gələcək həftələrdə Ukraynada sülh təşəbbüsləri ilə bağlı yaxşı xəbərlər olacaq
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Vens, bu barədə "NBC News" telekanalına verdiyi müsahibədə bildirib.
"Hesab edirəm ki, hər hansısa halda, biz böyük irəliləyiş əldə etmişik. Lakin hələ də hədəfə çatmamışıq. Düşünürəm ki, önümüzdəki bir neçə həftə ərzində bu sahədə yaxşı xəbərlər ala biləcəyik" – deyə qeyd edib.
Vitse-prezident həmçinin, özü və "bütün Ağ Ev"in, Ukraynadakı böhranın hələ də həll olunmamasından məyus olduqlarını vurğulayıb. "Biz həqiqətən inanırdıq və prezident Donald Trump bunu dəfələrlə demişdi – bu müharibəni həll etmək çox asan olacaq", – deyə Vens əlavə edib.
Dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putin, Kremldə ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff və Amerikanın dövlət başçısının kürəkəni Jared Kuşneri qəbul edib. Görüşdə Ukraynadakı sülh məsələsi əsas müzakirə mövzusu olub. Söhbət təxminən beş saat davam edib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, görüşdə ABŞ-ın sülh planına dair dörd təklifin mahiyyətinin müzakirə edildiyini açıqlayıb.
Dekabrın 4-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, mətbuat konfransında qeyd edib ki, Vitkoff və Kuşnerlə görüşlər Ukraynadakı sülh məsələsinin həllinə yönəlib və yalnız xarici təəssürat yaratmaq məqsədini daşımır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 05 Dekabr 2025 07:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















