Ventilyatorla yatmaq bu problemlərə səbəb ola bilər XƏBƏRDARLIQ

31.07.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Yay aylarında sərinləmək üçün ventilyatordan istifadə edənlərin sayı artır. Lakin həkimlər gecə boyu ventilyator qarşısında yatmağın bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər.

Redaktor.az xəbər verir ki, bu haqda terapevt Hana Patel life.ru-ya danışıb.

Onun sözlərinə görə, ventilyator allergiyası olan insanlarda simptomları daha da gücləndirə bilər. Hava axını toz və tozcuq kimi allergenləri otaqda yayaraq onların tənəffüs yollarına və dəriyə təmasını artıra bilər.

Həkim qeyd edib ki, astma xəstələri də ventilyator qarşısında yatarkən diqqətli olmalıdırlar. Belə hava axını bəzi insanlarda astma tutmasına səbəb ola bilər.

Bundan başqa, soyuq havanın uzun müddət bədənə yönəlməsi yuxu zamanı əzələ gərginliyinə və səhər oyandıqda ağrıya səbəb ola bilər.

Ventilyatorun digər mümkün təsirlərindən biri isə dərinin qurumasıdır. Mütəxəssis qıcıqlanmanın qarşısını almaq üçün yatmazdan əvvəl və sonra dərini nəmləndirməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью