Ventilyatorla yatmaq bu problemlərə səbəb ola bilər XƏBƏRDARLIQ
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Yay aylarında sərinləmək üçün ventilyatordan istifadə edənlərin sayı artır. Lakin həkimlər gecə boyu ventilyator qarşısında yatmağın bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər.
Redaktor.az xəbər verir ki, bu haqda terapevt Hana Patel life.ru-ya danışıb.
Onun sözlərinə görə, ventilyator allergiyası olan insanlarda simptomları daha da gücləndirə bilər. Hava axını toz və tozcuq kimi allergenləri otaqda yayaraq onların tənəffüs yollarına və dəriyə təmasını artıra bilər.
Həkim qeyd edib ki, astma xəstələri də ventilyator qarşısında yatarkən diqqətli olmalıdırlar. Belə hava axını bəzi insanlarda astma tutmasına səbəb ola bilər.
Bundan başqa, soyuq havanın uzun müddət bədənə yönəlməsi yuxu zamanı əzələ gərginliyinə və səhər oyandıqda ağrıya səbəb ola bilər.
Ventilyatorun digər mümkün təsirlərindən biri isə dərinin qurumasıdır. Mütəxəssis qıcıqlanmanın qarşısını almaq üçün yatmazdan əvvəl və sonra dərini nəmləndirməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 31 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















