Vərəm dünyanın ən çox can alan yoluxucu xəstəliyi olaraq qalır

13.11.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya Səhiyyə Təşkilatı bəyan edib ki, ötən il vərəm (tuberkulyoz) 1,23 milyon insanın ölümünə səbəb olub və bu xəstəlik hələ də dünyanın ən çox can alan yoluxucu xəstəliyi olaraq qalır. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, təşkilat  son dövrlərdə müşahidə olunan yaxşılaşmaların həssas və dayanıqsız olduğunu vurğulayıb.

Dünya Səhiyyə Təşkilatının illik hesabatına görə, vərəm səbəbindən ölüm hallarının sayı 2023-cü illə müqayisədə 3 faiz, yoluxma hallarının sayı isə təxminən 2 faiz azalıb. 

Buna baxmayaraq, 2024-cü ildə dünya üzrə ümumilikdə 10,7 milyon nəfər vərəmə yoluxub. Bu şəxslərin 5,8 milyonu kişi, 3,7 milyonu qadın və 1,2 milyonu isə uşaqlardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью