Vərəm dünyanın ən çox can alan yoluxucu xəstəliyi olaraq qalır
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya Səhiyyə Təşkilatı bəyan edib ki, ötən il vərəm (tuberkulyoz) 1,23 milyon insanın ölümünə səbəb olub və bu xəstəlik hələ də dünyanın ən çox can alan yoluxucu xəstəliyi olaraq qalır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, təşkilat son dövrlərdə müşahidə olunan yaxşılaşmaların həssas və dayanıqsız olduğunu vurğulayıb.
Dünya Səhiyyə Təşkilatının illik hesabatına görə, vərəm səbəbindən ölüm hallarının sayı 2023-cü illə müqayisədə 3 faiz, yoluxma hallarının sayı isə təxminən 2 faiz azalıb.
Buna baxmayaraq, 2024-cü ildə dünya üzrə ümumilikdə 10,7 milyon nəfər vərəmə yoluxub. Bu şəxslərin 5,8 milyonu kişi, 3,7 milyonu qadın və 1,2 milyonu isə uşaqlardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















