VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? Ali Məhkəmə nə deyəcək, bəs... | Icma.az
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq. "Mənzil Məcəlləsinə görə çoxmənzilli binanı bir idarəedici təşkilat idarə edə bilər.
Amma Bakıda belə binalardan birini iki hüquqi şəxs idarə edir: sadəcə blokları aralarında bölüblər.
Hər iki hüquqi şəxsin sahibi də, direktoru da, ünvanı da, hətta işçiləri də eyni şəxslərdir.
Yəni sadəcə eyni fəaliyyət iki hüquqi şəxs arasında bölüşdürülüb. Niyə?
Qanunu niyə pozublar?" Hurriyyet.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov özünün "Facebook" səhifəsində məlumat açıqlayıb.
O daha sonra bunları qeyd edib: "Sakinlərin iddiası ilə başlanmış məhkəmə işi əsnasında bu hüquqi şəxslərin vergi hesabatları əldə edildi.
Məlum oldu ki, bir il ərzində onların birgə dövriyyəsi 200.000 manatdan çoxdur.
Yəni fəaliyyəti bir hüquqi şəxs həyata keçirsəydi, ƏDV ödəyicisi olacaqdı.
Tam oxu
Xəbəri oxu