Icma.az
close
up
RU
VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? Ali Məhkəmə nə deyəcək, bəs...

VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? Ali Məhkəmə nə deyəcək, bəs...

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

"Mənzil Məcəlləsinə görə çoxmənzilli binanı bir idarəedici təşkilat idarə edə bilər. Amma Bakıda belə binalardan birini iki hüquqi şəxs idarə edir: sadəcə blokları aralarında bölüblər. Hər iki hüquqi şəxsin sahibi də, direktoru da, ünvanı da, hətta işçiləri də eyni şəxslərdir. Yəni sadəcə eyni fəaliyyət iki hüquqi şəxs arasında bölüşdürülüb. Niyə? Qanunu niyə pozublar?"

Hurriyyet.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov özünün "Facebook" səhifəsində məlumat açıqlayıb.

O daha sonra bunları qeyd edib: "Sakinlərin iddiası ilə başlanmış məhkəmə işi əsnasında bu hüquqi şəxslərin vergi hesabatları əldə edildi. Məlum oldu ki, bir il ərzində onların birgə dövriyyəsi 200.000 manatdan çoxdur. Yəni fəaliyyəti bir hüquqi şəxs həyata keçirsəydi, ƏDV ödəyicisi olacaqdı. Məhz bu verginin ödənilməsindən yayınmaq üçün Mənzil Məcəlləsini pozaraq binanı idarə edirlər. Hələ ötən ilin mart ayında Dövlət Vergi Xidmətinə bu barədə məlumat versəm də, heç bir tədbir görülmür.

Halbuki, məsələn, digər məhkəmə işimdə vergi orqanı bir ailənin üzvü olan şəxslərə məxsus müxtəlif fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əməkdaşlığını problemə çevirib ki, guya əslində onlar bir şəxsdir və mikro sahibkarlıq subyekti kimi vergi güzəştindən yararlana bilməz. Yəni burada nəinki hüquqi şəxslərin təsisçiləri, həmçinin fəaliyyətləri də fərqli ola-ola vergi orqanı onları bir subyekt kimi qələmə verir. Barəsində bəhs etdiyim məsələdə isə təsisçilər də, direktor da, fəaliyyət də eynidir. Belə çıxır ki, vergi orqanı aşkar pozuntuya göz yumur, olmayan pozuntularla məşğul olur.

Məsələ ilə əlaqədar Məhkəmə-Hüquq Şurasına, habelə İqtisadiyyat nazirinə də müraciət etmişik. Görək nə deyirlər. Bəlkə doğrudan da bu yolla vergidən yayınmaq olar. Elədirsə, desinlər, hamı bəhrələnsin də...

P.S. Barəsində söz açdığım məhkəmə işi mahiyyətcə binanı qanunsuz idarə edən bu iki hüquqi şəxsin oradan çıxarılması ilə bağlıdır. Onlar iddia edir ki, guya sakinlərin ümumi yığıncağı keçirilib və onları orada təyin ediblər. Biz də məhkəməyə deyirik ki, “qızın iki ədaxlısı” ola bilməz axı, qanuna görə bir idarəçi olmalıdır. Deməli, qərar etibarsızdır və onlar oradan çıxarılmalıdır. Qərarda baqşa pozuntular da var. Məsələn, 1 kv.m. üzrə fərqli ödəniş tarifləri müəyyən olunub, halbuki Mənzil Məcəlləsinə görə bütün mənzillər üçün vahid tarif olmalıdır. Buna baxmayaraq, Nəsimi rayon məhkəməsi də, Bakı Apellyasiya Məhkəməsi də qeyd edilənləri və digərlərini pozuntu hesab etmədi. Vergidən yayınma məsələsinin də üstündən keçdilər..."

Dia.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri