Vətən müharibəsi şəhidi Vüsal Babayevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib …
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
20-21 Oktyabr 2025-ci il tarixlərdə Vətən müharibəsi şəhidi, baş leytenant Babayev Vüsal Sübbuh oğlunun şəhadətinin beşinci ildönümü münasibətilə Pirallahırayonunda bir sıra tədbirlər keçirilib.
Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, müharibə iştirakçıları vərayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
SİA xəbər verir ki, şəhidin anım günü 20 oktyabr 2025-ci il tarixdə məzun olduğu 186 nömrəli tam orta məktəbdə qeyd olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və şəhid Vüsal Babayevə həsr olunmuş videoçarxın nümayişi ilə öz işinə başlayıb.
Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov çıxış edərək şəhid Vüsal Babayevin göstərdiyi qəhrəmanlıqdan, vətənə sədaqətindən və onun timsalında Azərbaycanın igid oğullarının fədakarlığından danışıb.
O, qeyd edib ki, Vüsal Babayev kimi vətənpərvər gənclərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır.
Daha sonra məktəbin direktoru və Vüsal Babayevin müəllimləri çıxış edərək onun məktəbillərindəki xatirələrini bölüşüblər.
Tam oxu
Xəbəri oxu