Icma.az
close
up
RU
Vətən müharibəsi şəhidi Vüsal Babayevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib FOTOLAR

Vətən müharibəsi şəhidi Vüsal Babayevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib FOTOLAR

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

20-21 Oktyabr 2025-ci il tarixlərdə Vətən müharibəsi şəhidi, baş leytenant Babayev Vüsal Sübbuh oğlunun şəhadətinin beşinci ildönümü münasibətilə Pirallahırayonunda bir sıra tədbirlər keçirilib. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, müharibə iştirakçıları vərayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. SİA xəbər verir ki, şəhidin anım günü 20 oktyabr 2025-ci il tarixdə məzun olduğu 186 nömrəli tam orta məktəbdə qeyd olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və şəhid Vüsal Babayevə həsr olunmuş videoçarxın nümayişi ilə öz işinə başlayıb. Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov çıxış edərək şəhid Vüsal Babayevin göstərdiyi qəhrəmanlıqdan, vətənə sədaqətindən və onun timsalında Azərbaycanın igid oğullarının fədakarlığından danışıb. O, qeyd edib ki, Vüsal Babayev kimi vətənpərvər gənclərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır. Daha sonra məktəbin direktoru və Vüsal Babayevin müəllimləri çıxış edərək onun məktəbillərindəki xatirələrini bölüşüblər. Onlar Vüsalın həm dərslərdə nümunəvi, həm də mehriban və yardımsevər bir şagird olduğunu vurğulayıblar. Müəllimlər onun vətənpərvərlik ruhu ilə böyüdüyünü, hər zaman öz xalqına və torpağına bağlı bir gənc olduğunu qeyd ediblər.Tədbirdə şagirdlər tərəfindən vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Sonda şəhidin ailəsi çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

21 Oktyabr 2025-ci il tarixdə isə şəhidin Hərbi Memorial Məzarlıqda yerləşən məzarı Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, şəhidin ailə üzvləri və müharibə iştirakçıları tərəfindən ziyarət olunub. Şəhidin məzarına gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Eyni gün Pirallahı qəsəbə Məscidində şəhidin əziz ruhuna həsr olunmuş ehsan süfrəsi təşkil olunub. Mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın illərlə gözlədiyi tarixi ədalət bərpa olunub, torpaqlarımız düşmən işğalından azad edilib. Bu möhtəşəm Zəfər təkcə güclü siyasi iradənin və xalq-ordu birliyinin deyil, eyni zamanda, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılmış müqəddəs bir qələbədir. Çıxışı zamanı RİH başçısı şəhid Vüsal Babayevin bu şanlı tarixdə yer tutduğunu vurğulayaraq bildirib ki, Vüsal Babayev kimi cəsur oğullar Vətənə sevgilərini yalnız sözlə deyil, əməlləri ilə sübut ediblər. Onlar ən uca zirvə — şəhidlik zirvəsinə yüksələrək xalqımızın qürur mənbəyinə çevriliblər. Vüsalın döyüş meydanındakı rəşadəti, fədakarlığı və qorxmazlığı bu gün hər bir gənc üçün əsl örnəkdir. Çıxışının sonunda RİH başçısı şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək qeyd edib ki, dövlətimiz və ölkə başçısı tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı daim davam etdiriləcəkdir.

Mərasim zamanı din xadimləri tərəfindən Qurani-Kərim tilavət olunub, şəhidin ruhuna dualar oxunub. Onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıq bir daha dərin ehtiramla yad edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri