Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2024-cü ildə XQ üçün sonuncu müsahibimlə bu yazını qələmə alarkən düşüncələrə qapıldım və özümə hesabat verərək düşündüm: “Bir ilimiz də bizə əlvida dedi, artıq hər kəsin gözlərində 2025-in ab-havasını hiss edirsən.
Bir anlıq ağrılı da olsa, içimdə danışmağa başladım: ömür necə də qısadır, gözümüzü açmamış bizə öz hökmünü verir, mənim kitabımı oxumalısan deyir…”Bəli, bu dünyanın oxunası kitabları çoxdur.
Daha dəqiq etiraf etsək, həyat özü sənə dərs vermək üçün taleyin və zamanın kitablarını məcburi oxutdurur. Hünərin var oxuma görüm...
Dünya mənim, dünya sənin, dünya heç kimin... Elə bu fəlsəfi düşüncələrin ağuşunda uşaqlığından Vətəndə yaşamaq haqqından zorən məhrum olan,
Harada yaşasam, ağlımda, nəfəsimdə bir duyğu yaşayır: Canım Vətən!
Ona görə də hər Bakıya səfərimdə çalışıram ki, Vətənimin işığını, nurunu daha çox içimə çəkim, çünki nə iş görürəmsə, əbədi varlığım olan Azərbaycanımdan güc alıram.
Təyyarə hər Bakıya enəndə ruhum çırpınır, sanki Vətənə ilk dəfədir gəlmişəm kimi, həsrətimi gizlədə bilmirəm.