Icma.az
close
up
RU
Vətən ruhumuzun qibləsi

Vətən ruhumuzun qibləsi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə XQ üçün sonuncu müsahibimlə bu yazını qələmə alarkən düşüncələrə qapıldım və özümə hesabat verərək düşündüm: “Bir ilimiz də bizə əlvida dedi, artıq hər kəsin gözlərində 2025-in ab-havasını hiss edirsən. Bir anlıq ağrılı da olsa, içimdə danışmağa başladım: ömür necə də qısadır, gözümüzü açmamış bizə öz hökmünü verir, mənim kitabımı oxumalısan deyir…”
Bəli, bu dünyanın oxunası  kitabları çoxdur. Daha dəqiq etiraf etsək, həyat özü sənə dərs vermək üçün taleyin və zamanın kitablarını məcburi oxutdurur. Hünərin var oxuma görüm... Dünya mənim, dünya sənin, dünya heç kimin...  Elə bu fəlsəfi düşüncələrin ağuşunda  uşaqlığından Vətəndə yaşamaq   haqqından zorən məhrum olan, valideynləri ilə birgə sürgün olunan, atasının qəzada qəfil həyatını itirməsinin acısını dadan, fəqət  zərif vücudunda böyük Türk dünyasının sevgisini yaşadan, qəlbinin ziyasını təbəssümündə yaşadan kübar, ziyalı bir xanımla redaksiyamızda görüşdük.
Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasının üzvü, vəkil mediator Aygün Əliyeva ilə söhbətimizin həssas, qürurverici məqamlarını oxucularımıza təqdim edirik:
– Mənim üçün Vətən kəlməsindən müqəddəs söz  ola bilməz. Harada yaşasam, ağlımda, nəfəsimdə bir duyğu yaşayır: Canım Vətən! Ona görə də  hər Bakıya səfərimdə çalışıram ki, Vətənimin işığını, nurunu daha çox içimə çəkim, çünki nə iş görürəmsə, əbədi varlığım olan Azərbaycanımdan güc alıram. 
Təyyarə hər Bakıya enəndə ruhum çırpınır, sanki Vətənə ilk dəfədir gəlmişəm kimi, həsrətimi gizlədə bilmirəm. Amma etiraf edim ki, taleyin səssizcə gəlib hökmünü verən qəzavü-qədər yazısı da var. Bu qədərdən kim qaça bilib ki? Giley-güzar etmirəm, bu, həyatdır, amma körpə ikən yaşadıqlarımı danışmaq, ürəyimi boşaltmaq istəyirəm ki, siz də yazasınız. Keçmişi unutmaq olmaz! Vətəndə Vətən itirdik, bu ağrının dərmanı yoxdur.
Uşaq ikən doğulduğum tarixi Azərbaycan ərazisi olan Zəngəzurun Qarakilsə rayonunun Urud kəndindən qovulduq, küllü-küfyan olduq, ocağımız mənfur ermənilər tərəfindən söndürüldü, 4 yaşımda anamın qucağında ikən körpə ürəyim dağlandı...Anam qışın sazağında məni bağrında qızdıra-qızdıra Azərbaycana gətirmişdi. Əzizlərimlə birgə uşaq qəlbim qan ağlamışdı. 
Atam riyaziyyatçı idi, qeyri-adi istedadı, biliyi sayəsində Əli Əliyev Bakı Dövlət Universitetinin professoru oldu. Sonra Ankara Universitetindən dəvət aldı. Beləliklə, biz ailəlikcə Türkiyəyə köçdük. Orta təhsilimi orada davam etdirməli oldum. 
1999-cu ildə Türkiyədə dəhşətli zəlzələ baş verdi. Azərbaycan dövləti bu dar gündə doğma qardaşının yanında idi. O zaman ölkəmizə ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi. Dahi siyasətçi Türkiyəyə səfər etdi, xalqın kədərinə şərik oldu. 
Yadımdadır, 11 yaşım var idi. Bizə xəbər verdilər ki, Prezident Heydər Əliyev orada yaşayan azərbaycanlı ailələrlə görüşmək istəyir. Anam, atam, bacım və mən həmin tarixi səfərdə Ümummilli liderimizlə görüşdük. O böyük insan bizimlə səmimi söhbət etdi, güzəranımızla maraqlandı. Həmin görüşün xatirə yaddaşı kimi foto və video yazılarını saxlamışam. 
Zaman qarşısında son dərəcə güclü olan Heydər Əliyevə Hacıtəpə Universitetinin fəxri doktoru adı verildi. O zaman Azərbaycan televiziyası məndən müsahibə aldı. Mənə Ümummilli liderimizi görmək, onunla söhbət etmək nəsib oldu. O böyük insana  fəxri ad veriləndə də gül dəstəsini ona vermək mənim qismətimə yazılmışdı. Həmin gün bütün ailəmiz sevinc və qürur içində  idi. Bütün bu xatirələr uşaqlıq yaddaşımın izləridir. Çox xoşbəxt idim...
İllər bizi sınağına çəkə-çəkə yaşayırdıq. Fələyin nə qurduğundan kimsənin xəbəri olmaz. Bir gün qapımızı qara duman aldı. Atam qəfil bir qəzanın nəticəsində həyatını  itirdi. Bu ailəmiz üçün çox çətin oldu, bütün qayğılar anamın üzərinə düşdü. Bacım da, mən də anladıq ki, büdrəmək bizə yaraşmır. Onu da xüsusi olaraq qeyd edim ki, Ankara Universitetinin müəllimləri bu gün də atamı ehtiramla yad edir, onunla bağlı xatirələrini bizimlə bölüşür, atama  hörmət əlaməti olaraq bizə bacardıqlarını etməyə hazır olduqlarını bildirirlər. 
Mən Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində bakalavr və magistr təhsili aldım, hazırda bu təhsil ocağının dissertantıyam. Eyni zamanda, Ankara Hacı Bayram Veli Universitetində 3 il diplom tanıtmaq təhsilini tamamlamışam. 
Hazırda hər iki ölkədə vəkil işləmək hüququnu qazanmışam. İstanbul Vəkillər Kollegiyasının Beynəlxalq Hüquq Komissiyasının sədriyəm. Azərbaycan Mediasiya Şurasının üzvüyəm, eyni zamanda, Türkiyə Ticarət Palatasının Mediasiya Mərkəzinin arbitraj hakimiyəm. 
15 ildir ki, İstanbulda Türk Dünyası ilə bağlı keçirilən əksər toplantıların fəal iştirakçısıyam. Avropa Vəkillər Qurumunun üzvüyəm. Türkiyədə və Azərbaycanda qeyri-hökumət təşkilatlarının işində fəal iştirak edirəm. Beynəlxalq konfranslarda Azərbaycanın haqq səsini bütün dünyaya yaymaq üçün çalışıram. 2022-ci ildə İslam Dövlətlərinin Hüquq konfransında 40-dan çox ölkənin nümayəndəsi iştirak edirdi. Mən Qarabağdakı tarixi qələbəmizdən qürurla danışmaqla bərabər, Qərbi azərbaycanlıların zaman-zaman başına gətirilən faciələr barədə faktları diqqətə çatdırdım. 
Ötən ilin sonunda, daha dəqiq desəm, 7-9 noyabr tarixlərində  Türk Dövlətlərinin Ticarət və Yatırım İş Birliyi xətti ilə keçirilən beynəlxalq görüşü Tarixi Zəfərimizə  həsr etmişdim. Sevincim hədsiz idi. Zəfər bayramımızda Qala gecəsi keçirdim. Afrikadan  tutmuş Avropaya qədər toplantıda təmsil olunan iştirakçılara bəyan etdim ki, bu gün Azərbaycanın Zəfəridir! Təkrar-təkrar deyirəm: Biz 30 il işğal altında qalan torpaqlarmızı şəhidlərimizin qanı ilə  təmizlədik. 
İnanın ki, rəhbəri olduğum bütün layihələrimdə Azərbaycana xüsusi yer ayırıram və özümü rahat hiss edirəm ki, mən də bu vətənə gərəyəm.
Söhbətin sonunda Aygün xanım həyata keçirməyə hazırlaşdığı yeni layihələr barədə də məlumat verərək dedi: 
–Azərbaycan beynəlxalq arenada güc mərkəzi kimi tanınır. Bakı beynəlxalq konfransların keçirildiyi şəhər kimi  ən yüksək səviyyədə özünü təsdiq edib. Ona görə də istənilən beynəlxalq toplantını, görüşü Bakıda keçirmək üçün tərəddüd keçirmirəm, əksinə, çox böyük qürur hissi ilə möhtəşəm layihələrin Azərbaycanda reallaşması istiqamətində inamla addım atıram. 
2025-ci il aprelin əvvəllərində 40-dan çox ölkənin iş adamlarının iştirakı ilə Azərbaycanda yeni beynəlxalq toplantı keçirməyi nəzərdə tutmuşam. Bilirəm ki, bu, layihənin gözəl əks-sədası olacaq. Arzular, planlar çoxdur. Yeni yolun başlanğıcına uğurlu imza ataramsa, xalqıma, dövlətimə, Vətənimə daha çox xidmət etmiş olaram. Bu hiss mənə əlavə güc və ruh verir!  
Söhbəti qələmə aldı: 

Kəmalə ABDİNOVA 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri