Vətəndaş cəmiyyəti təşkilatları ətraf mühit məsələsində əhali arasında geniş maarifləndirm…
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 noyabr, AZƏRTAC Bakıda işə başlayandan sonra hər kəs anlamağa başladı ki, bu konfrans dünya liderlərinin, rəsmi şəxslərin, dövlət və özəl sektor, vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək iqlim dəyişmələri ilə mübarizə məsələlərini müzakirə etdiyi bir toplantı olmaqla yanaşı, eyni zamanda hər kəsin özünü ifadə etmək məkanıdır.
Hər kəs anlayır ki, əgər planet ekoloji fəlakətə sürüklənərsə, artıq heç bir mövzunun əhəmiyyəti qalmayacaq.
Planetimizi, ətraf mühiti qorumaq uşaqdan böyüyə hər kəsin vəzifəsinə çevrilməlidir.
Bu mənada Yaşıl zona vətəndaş cəmiyyəti, gənclər təşkilatları, uşaq təşəbbüsləri üçün bir həmrəylik məkanına, yaşıl dünya naminə birləşmək üçün yeni bir imkana çevrilmiş oldu.
Gənclər və uşaqlar beynəlxalq təşkilatların sərgilədiyi stendlərdə sosial xarakterli müxtəlif səhnələr və təqdimatlar, kreativ üsullarla aksiyalar keçirərək ziyarətçilərin iqlim problemlərinə dıqqətini cəlb etməyə çalışdılar.
Vətəndaş cəmiyyəti təşkilatları müxtəlif tədbir və müzakirələr keçirərək beyin mərkəzi rolunu oynayır, ətraf mühit məsələsində yeni və innovativ yanaşmanın tətbiq olunması, bu sahədə əhali arasında geniş maarifləndirmə işinin aparılması üçün mayak rolunda çıxış edir.
Bununla da vətəndaş cəmiyyəti subyektləri dünya və milli qərarvericilərinə öz mesajlarını çatdırmaq imkanı və fürsəti qazanmış oldular.
Tam oxu
Xəbəri oxu