Icma.az
close
up
RU
Vətəndaş cəmiyyəti təşkilatları ətraf mühit məsələsində əhali arasında geniş maarifləndirmə işinin aparılması üçün mayak rolunda çıxış edirŞƏRH AZƏRTAC

Vətəndaş cəmiyyəti təşkilatları ətraf mühit məsələsində əhali arasında geniş maarifləndirmə işinin aparılması üçün mayak rolunda çıxış edirŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Bakıda işə başlayandan sonra hər kəs anlamağa başladı ki, bu konfrans dünya liderlərinin, rəsmi şəxslərin, dövlət və özəl sektor, vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək iqlim dəyişmələri ilə mübarizə məsələlərini müzakirə etdiyi bir toplantı olmaqla yanaşı, eyni zamanda hər kəsin özünü ifadə etmək məkanıdır. Hər kəs anlayır ki, əgər planet ekoloji fəlakətə sürüklənərsə, artıq heç bir mövzunun əhəmiyyəti qalmayacaq. Planetimizi, ətraf mühiti qorumaq uşaqdan böyüyə hər kəsin vəzifəsinə çevrilməlidir. Bu mənada Yaşıl zona vətəndaş cəmiyyəti, gənclər təşkilatları, uşaq təşəbbüsləri üçün bir həmrəylik məkanına, yaşıl dünya naminə birləşmək üçün yeni bir imkana çevrilmiş oldu. Gənclər və uşaqlar beynəlxalq təşkilatların sərgilədiyi stendlərdə sosial xarakterli müxtəlif səhnələr və təqdimatlar, kreativ üsullarla aksiyalar keçirərək ziyarətçilərin iqlim problemlərinə dıqqətini cəlb etməyə çalışdılar. Vətəndaş cəmiyyəti təşkilatları müxtəlif tədbir və müzakirələr keçirərək beyin mərkəzi rolunu oynayır, ətraf mühit məsələsində yeni və innovativ yanaşmanın tətbiq olunması, bu sahədə əhali arasında geniş maarifləndirmə işinin aparılması üçün mayak rolunda çıxış edir. Bununla da vətəndaş cəmiyyəti subyektləri dünya və milli qərarvericilərinə öz mesajlarını çatdırmaq imkanı və fürsəti qazanmış oldular.

Bu sözləri COP29 konfransını AZƏRTAC-a şərh edən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

COP29-un milli və qlobal öhdəliklərindən danışan QHT sədri bildirib ki, Bakı konfransının devizi olan “Yaşıl Dünya naminə həmrəylik” tam yerinə düşür. Burada dövlət və özəl sektor, vətəndaş cəmiyyəti vəhdət halında sıx əməkdaşlıq etməli, həmrəylik nümayiş etdirərək birgə korporativ sosial layihələr icra etməlidir: “Növbəti mərhələ adlanacaq post-COP29 dönəmi məhz QHT-lərin özəl sektorla korporativ sosial məsuliyyət (KSM) çərçivəsində yerli əhalinin, xüsusən regionlarda yaşayan vətəndaşlarımızın COP29-un məqsəd və hədəflərinə çatmaq üçün yerli və milli müzakirələrin keçirilməsi, innovativ həllərin tapılması, daha geniş yaşıl zolaqların, vətəndaş təşəbbüslü alternativ enerji layihələrinin təşviqi və icrasına cəlb olunma mərhələsi sayıla biləcək. Məhz bu prosesdə dövlətlə yanaşı özəl sektorun da vətəndaş cəmiyyəti subyektləri ilə yaxından əməkdaşlıq etməsi, dayanıqlı inkişaf məqsədlərindən irəli gələrək yaşıl iş yerləri, sağlam və təmiz ətraf mühit, tullantıların səmərəli idarə olunması ilə bağlı tədbirlər həyata keçirəcəklər. Şübhəsiz ki, bu prosesdə yerli və milli hökumətlərin təşviqedici rolda çıxış etməsi, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni alətlərin işlənib hazırlanması məsələnin vacib aspektlərindən sayıla bilər. Yaşıl iqtisadiyyata keçidlə bağlı yerli və regional səviyyələrdə biznes subyektləri və QHT-lərin iştirakı ilə elmi konfransların, forumların, müzakirələrin keçirilməsi, eləcə də bu sahədə maarifləndirmə işinin aparılması növbəti mərhələnin əsas hədəfləri sayıla bilər. Özəl sektorun ətraf mühitlə bağlı çağırışlara həssaslıqla yanaşması ölkədə yeni iş yerlərinin açılması, vətəndaş cəmiyyətinin dayanıqlılığının artırılması, KSM-in inkişafına öz töhfəsini vermiş olacaq”.

Vüqar Əhmədovun sözlərinə görə, COP29 çərçivəsində sülh mədəniyyətinin təbliği və təşviqi, mədəniyyətlərarası dialoq mövzusu da diqqətdən kənarda qalmadı: ”Əslində COP29 miqyasında müxtəlif qitələri və mədəniyyətləri təmsil edən minlərlə iştirakçıların Bakıda bir araya gəlməsi özü-özlüyündə sülh və mədəniyyətlərarası dialoqa mühüm bir töhfə sayıla bilər. Konfrans çərçivəsində sülhün təşviqi və mədəniyyətlərin müxtəlifliyinə hörmət, eyni zamanda bu sahədə inklüzivliyin təmin edilməsi mövzularının müzakirəsi əslində Azərbaycanın qlobal səviyyədə sülhün təşviqinə ciddi töhfə verdi, yalnız bir qitənin deyil, dünyanın bütün ölkələrinin bu prosesdə iştirakı və tərəfdaş olmasının vacibliyini önə çəkmiş oldu. Eyni zamanda müstəmləkəçiliyin yolverilməzliyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Azərbaycan məhz bu miqyasda keçirilən beynəlxalq konfransda yeni mədəniyyətlərlə tanış olmaq, Afrika ölkələrindən yeni tərəfdaşlar qazanmaq imkanı əldə etdi. Bu həm də mədəniyyətlərin inteqrasiyası, Afrika ölkələrində yaşayan xalqların hüquqların müdafiəsi, onların qlobal siyasi proseslərdə fəal iştirakına yeni bir çalar qatdı. Bundan əvvəlki COP-larda biz Afrika qitəsindən dövlət və vətəndaş cəmiyyəti təmsilçilərinin belə geniş arialda hüquqlarının qaldırılmasını və səslərinin ucaldılmasının şahidi olmamışdıq ki, bu da məhz COP29 çərçivəsində bu baş verdi, eyni zamanda bizə Afrika ölkələri ilə bütün sektorlarda yeni tərəfdaşlıq imkanları qurmağımıza kömək edəcək”.

QHT sədri qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) artıq böyük hissəsinin geridə qaldığını və yekunlaşmaq üzrə olduğunu nəzərə alaraq bu genişmiqyaslı tədbirin əsas ideya və məqsədinin, eyni zamanda onun ölkəmiz və cəmiyyətimizə olan təsir və çağırışlarını qiymətləndirmək üçün əsas verir: “Əminliklə demək olar ki, artıq ölkədə post-COP29 dövrünə ciddi hazırlıqlar aparılır, iqlim dəyişmələri ilə bağlı yeni çağırışlardan irəli gələrək milli səviyyədə hədəflərin dəqiq müəyyən olunması, bu sahədə sektorlararası tərəfdaşlığın genişləndirilməsi, yerli səviyyədə, xüsusən regionlarda COP29 məqsədlərinin dolğun və aydın şəkildə əhaliyə çatdırılması hədəflərə çatmağımızda, ölkədə ətraf mühitin qorunması, nəqliyyat sektorunda və aqrar sənaye zonalarında havaya buraxılan zərərli karbon qazlarının, emissiyalarının azaldılmasına və alternativ enerjiyə söykənən həyat tərzinin təşviq olunmasına öz töhfələrini vermiş olacaq. Azərbaycan hökuməti bu sahədə mühüm islahatlara start verərək növbəti mərhələyə dair ciddi hazırlıq işləri aparır, yerli və milli səviyyədə konseptual yanaşmanın və siyasətlərin formalaşmasını uğurla həyata keçirir. Bunlar isə həm də COP30-da gedən yolda əhəmiyyətli irəliləyişlərə töhfə vermiş olacaq, digər ölkələr üçün də mühüm bir təcrübə sayıla bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri