Vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqının rəsmi şəxslərinə məktub ünvanlayıbl…
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya və İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət ünvanlayıblar.
Milli.Az xəbər verir ki, müraciətdə erməni terrorçu Monte Melkonyan adını daşıyan Ermənistan Hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulması ilə bağlı xəbərin Azərbaycan ictimaiyyətində geniş çaşqınlıq və narazılıq doğurduğu vurğulanıb.
Qeyd edilib ki, təhlükəsizlik, ortaq dəyərlər və məsuliyyətli idarəçilik prinsiplərini qoruduğunu iddia edən Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən Forumun bu qərarı Avropanın dəstəklədiyi bütün platformalardan ədalət və hesabatlılıq gözləyən Azərbaycanın itkin ailələrində Aİ-nin öz prinsiplərinə sadiqliyinə dair ciddi suallar yaradıb.
Qeyd olunub ki, Cenevrədə BMT Ofisinin qarşısında səssiz aksiya keçirən və onilliklər ərzində yaşadıqları faciəyə dünyanın diqqət ayırmağa başladığını düşünən Qarabağın itkin ailələrinin terrorçu qrup hesab edilən bir qurumun üzvü olan və hərbi cinayətkar sayılan Monte Melkonyanın adını daşıyan məktəbin Aİ-yə bağlı bir Foruma qəbul edilməsindən dərindən məyus olublar.
Müraciətdə Monte Melkonyanın 1990-cı illərdə Azərbaycanın Kəlbəcər rayonunda son dərəcə amansız hərbi əməliyyatlarda iştirak etməsinə, ağır cinayətlər törətməsinə baxmayaraq, Ermənistanda hələ də açıq şəkildə qəhrəmanlaşdırıldığı diqqətə çatdırılıb.
Onun bu cinayətləri ötən əsrin 70-80-ci illərində Avropanın bir sıra ölkələrində türk diplomatlara və onların ailə üzvlərinə qarşı terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə əlaqələrindən sonra törətməsi xüsusi vurğulanaraq, bu faktların M.Mrlkonyanın uzun müddət militant fəaliyyətlərdə iştirakının bariz göstəricisi olduğu bildirilib.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri M.Melkonyanın adını daşıyan Hərbi-idman liseyinə Forumun üzvlük statusunun verilməsinə dair memorandumun yaxın günlərdə imzalanacağının gözlənildiyi vurğulayaraq, bəzi məsuliyyətsiz Aİ rəsmilərinin bu terrorçunun Azərbaycan xalqı üçün nə ifadə etdiyini bilmədikləri təqdirdə onları M.Melkonyanın Kəlbəcər rayonunun işğalı dövründə çəkilmiş videogörüntülərinə baxmağa çağırıblar.
Tam oxu
Xəbəri oxu