Icma.az
close
up
RU
Vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqının rəsmi şəxslərinə məktub ünvanlayıblar

Vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqının rəsmi şəxslərinə məktub ünvanlayıblar

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya və İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət ünvanlayıblar.

Milli.Az xəbər verir ki, müraciətdə erməni terrorçu Monte Melkonyan adını daşıyan Ermənistan Hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulması ilə bağlı xəbərin Azərbaycan ictimaiyyətində geniş çaşqınlıq və narazılıq doğurduğu vurğulanıb. Qeyd edilib ki, təhlükəsizlik, ortaq dəyərlər və məsuliyyətli idarəçilik prinsiplərini qoruduğunu iddia edən Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən Forumun bu qərarı Avropanın dəstəklədiyi bütün platformalardan ədalət və hesabatlılıq gözləyən Azərbaycanın itkin ailələrində Aİ-nin öz prinsiplərinə sadiqliyinə dair ciddi suallar yaradıb.

Qeyd olunub ki, Cenevrədə BMT Ofisinin qarşısında səssiz aksiya keçirən və onilliklər ərzində yaşadıqları faciəyə dünyanın diqqət ayırmağa başladığını düşünən Qarabağın itkin ailələrinin terrorçu qrup hesab edilən bir qurumun üzvü olan və hərbi cinayətkar sayılan Monte Melkonyanın adını daşıyan məktəbin Aİ-yə bağlı bir Foruma qəbul edilməsindən dərindən məyus olublar.

Müraciətdə Monte Melkonyanın 1990-cı illərdə Azərbaycanın Kəlbəcər rayonunda son dərəcə amansız hərbi əməliyyatlarda iştirak etməsinə, ağır cinayətlər törətməsinə baxmayaraq, Ermənistanda hələ də açıq şəkildə qəhrəmanlaşdırıldığı diqqətə çatdırılıb. Onun bu cinayətləri ötən əsrin 70-80-ci illərində Avropanın bir sıra ölkələrində türk diplomatlara və onların ailə üzvlərinə qarşı terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə əlaqələrindən sonra törətməsi xüsusi vurğulanaraq, bu faktların M.Mrlkonyanın uzun müddət militant fəaliyyətlərdə iştirakının bariz göstəricisi olduğu bildirilib.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri M.Melkonyanın adını daşıyan Hərbi-idman liseyinə Forumun üzvlük statusunun verilməsinə dair memorandumun yaxın günlərdə imzalanacağının gözlənildiyi vurğulayaraq, bəzi məsuliyyətsiz Aİ rəsmilərinin bu terrorçunun Azərbaycan xalqı üçün nə ifadə etdiyini bilmədikləri təqdirdə onları M.Melkonyanın Kəlbəcər rayonunun işğalı dövründə çəkilmiş videogörüntülərinə baxmağa çağırıblar.

Müraciətdə, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin silahlı işğalında iştirak edən və ciddi hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin, o cümlədən Monte Melkonyan hələ də qəhrəmanlaşdırılması, Aİ-nin Azərbaycanla bağlı, xüsusilə də ərazi bütövlüyü və dövlət suverenliyinə dair məsələlərdə ikili yanaşmanın davam etdirməsinin müşahidə olunması təəssüf hissi ilə vurğulanıb.

"Xüsusilə Azərbaycanın itkin düşmüş şəxslərinin ailələri soruşurlar: irsi və fəaliyyəti qətliamlarla əlaqələndirilən Monte Melkonyanın adını daşıyan bir qurum Aİ tərəfindən dəstəklənən bir platformada necə təşviq oluna bilər? Biz Avropa İttifaqını bu hörmətsiz addımı yenidən nəzərdən keçirməyə və terrorçunun adını daşıyan bir qurumla bağlanmış razılaşmanı ləğv etməyə çağırırıq", - deyə müraciətdə qeyd olunub.

Müraciəti ünvanlayanlar Mariyana Kuyundiç ilə görüşərək Avropa Komissiyasının Monte Melkonyan kimi terrorçunu necə və nə üçün qəhrəmanlaşdırması barədə izahat verməsini tələb ediblər.

Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin İdarə Heyətinin sədri Əmir Əliyev, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova, "Çapar-Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri Dilqəm Əhməd, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri Ceyran Həsənova, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal imzalayıblar.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Dekabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri