“Vətəndaş Vətən daşı” konseptinə sözardı AzPolitika onlayn siyasiictimai qəzet | Icma.az
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Seyfəddin RZASOYAMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professorDəyərli oxucu!
“Azərbaycan” qəzetin 15 dekabr 2024-cü il tarixli sayında hörmətli millət vəkili, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri cənab Sadiq Qurbanovun “Heydər Əliyevin milli yaddaş siyasəti” adlı məqaləsinə rast gəldim və böyük maraqla oxudum.
Yazıda bir eposşünas kimi Oğuz milli yaddaş sistemi haqqında dediyimiz ““Kitabi-Dədə Qorqud” oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyasıdır” fikrimizə də isnad olunması bizdə təbii məmnunluq hissi yaratmaqla bərabər, hörmətli millət vəkilinin milli düşüncə sisteminin aktual məsələlərinə toxunması və bu kontekstdə, bir növ, folklorşünasların “sahəsinə” nüfuz etməsi, bununla bağlı bəzi konseptual məqamları, xüsusilə ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptini diqqət mərkəzinə gətirməsi bizi bir sahə mütəxəssisi kimi bununla bağlı bir sıra aktual məsələlərə toxunmağa vadar etdi.
Həmin məqamlar etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bağlıdır.
Hər şeydən öncə qeyd etmək istərdim ki, hörmətli S.Qurbanov yazılarını mətbuatdan maraqla izlədiyim müəllifidir.
O, bir millət vəkili kimi Milli Məclisdə sədri olduğu Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin işi ilə bağlı mətbuatda müntəzəm yazılarla çıxış edir.
Onların içərisində milli yaddaş, milli düşüncə sistemi, folklor mətnlərində inikas olunmuş etnoenergetik potensiya kimi məsələlərdən bəhs edən yazılar diqqətimizi bilavasitə çəkir.
Tam oxu
Xəbəri oxu