Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

“Vətəndaş Vətən daşı” konseptinə sözardı AzPolitika onlayn siyasiictimai qəzet

“Vətəndaş Vətən daşı” konseptinə sözardı AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Seyfəddin RZASOY

AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, 

filologiya elmləri doktoru, professor

Dəyərli oxucu! “Azərbaycan” qəzetin 15 dekabr 2024-cü il tarixli sayında hörmətli millət vəkili, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri cənab Sadiq Qurbanovun “Heydər Əliyevin milli yaddaş siyasəti” adlı məqaləsinə rast gəldim və böyük maraqla oxudum. 

Yazıda bir eposşünas kimi Oğuz milli yaddaş sistemi haqqında dediyimiz ““Kitabi-Dədə Qorqud” oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyasıdır” fikrimizə də isnad olunması bizdə təbii məmnunluq hissi yaratmaqla bərabər, hörmətli millət vəkilinin milli düşüncə sisteminin aktual məsələlərinə toxunması və bu kontekstdə, bir növ, folklorşünasların “sahəsinə” nüfuz etməsi, bununla bağlı bəzi konseptual məqamları, xüsusilə ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptini diqqət mərkəzinə gətirməsi bizi bir sahə mütəxəssisi kimi bununla bağlı bir sıra aktual məsələlərə toxunmağa vadar etdi. Həmin məqamlar etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bağlıdır.

Hər şeydən öncə qeyd etmək istərdim ki, hörmətli S.Qurbanov yazılarını mətbuatdan maraqla izlədiyim müəllifidir. O, bir millət vəkili kimi Milli Məclisdə sədri olduğu Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin işi ilə bağlı mətbuatda müntəzəm yazılarla çıxış edir. Onların içərisində milli yaddaş, milli düşüncə sistemi, folklor mətnlərində inikas olunmuş etnoenergetik potensiya kimi məsələlərdən bəhs edən yazılar diqqətimizi bilavasitə çəkir. Get-gedə bu məsələlərə marağı daha da artan riyaziyyatçı-hüquqşünas millət vəkilinin fikirləri sahənin aktuallaşdırılmasının zəruriliyini ortaya qoymaqla yanaşı, onlarla bağlı mütəxəssisləri (ən azı, folklorşünasları) aktivləşməyə, fikir söyləməyə, müzakirə açmağa və s. sövq edir. Bu baxımdan, cənab millət vəkilinə xüsusi minnətdarlığımızı bildiririk.

Bu, bir reallıqdır ki, “Kitabi-Dədə Qorqud” və ondan daha qabaq aşıq sənəti və yaradıcılığı çağdaş Azərbaycan siyasi reallığının qurucusu Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Azərbaycan müstəqilliyini qazanandan sonra H.Əliyevin diqqəti daha çox “Kitabi-Dədə Qorqud” eposunun üzərinə yönəlmiş və o, bu möhtəşəm oğuz eposunun etnofəlsəfi mahiyyətini təşkil edən “birlik” formulundan istər daxili (Azərbaycan), istərsə də xarici auditoriyada (Türk dünyası) geniş şəkildə istifadə etmiş, bu istiqamətdə hamımızın gözləri önündə cərəyan etmiş və iştirakçısı da olduğumuz nəhəng işlərə imza atmışdır.

Bu nüfuzlu dövlət xadiminin “Kitabi-Dədə Qorqud” eposuna olan diqqətinin, onu Azərbaycanın daxili və xarici mədəni siyasət ritorikasının əsas ifadə vasitəsinə çevirməsinin səbəbləri nə ilə bağlı idi?

Təbii ki, bu suala Heydər Əliyevin etdiyi çıxışlardan, söylədiyi nitqlərdən çoxlu örnəklər gətirməklə geniş şəkildə cavab(lar) vermək olar. Ancaq hörmətli millət vəkili S.Qurbanovun da yazdığı kimi, bir dövlət xadiminin, siyasət adamının nitqlərinin həmişə alt məna qatları olur. Bu cəhətdən, mərhum Prezidentin də “Kitabi-Dədə Qorqud”la bağlı çıxışlarının alt qat(lar)ı var idi və həmin mənalar qeyd etdiyimiz etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bilavasitə bağlı idi.

“Kitabi-Dədə Qorqud” – epoxal mənsubiyyəti baxımından Oğuz abidəsi, başqa sözlə, oğuzların dastanıdır. Bədii-magik söz abidəsi olan bu dastanın Oğuz cəmiyyətindəki ən mühüm funksiyası “oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyası” olmaq idi. Başqa sözlə, “Dədə Qorqud” eposu Oğuz milli düşüncə və davranış sisteminin sakral söz kodu ilə inikas olunmuş modeli, proqramı, yaxud mexanizmi idi. H.Əliyevin bu dastana olan marağının əsasında da məhz bu faktor – “Kitabi-Dədə Qorqud”un milli düşüncə sisteminin “birləşdirici” mexanizmi olması dururdu.

Eposun etnosdaxili birləşdiricilik mexanizmi iki əsas səviyyəni əhatə edir:

a) Oğuz etnokulturoloji səviyyəsi;

b) Ümumtürk etnokulturoloji səviyyəsi.

Eposun bu iki səviyyəsi tarixi-epoxal xarakterlidir. Oğuz epik modeli bütün hallarda ümumtürk epik nüvəsinə bağlıdır. Bu cəhətdən, Oğuz epik modelinin tarixi-diaxron baxımdan hansı inkişaf xəttini təmsil etməsindən asılı olmayaraq, o, sinxron strukturu baxımından bütün hallarda ümumtürk düşüncə modelini təmsil edir. Bu fikri bir qədər sadələşdirib desək, oğuzların dastanı olan “Dədə Qorqud” bütün poetik mahiyyəti, etnoepik fəlsəfəsi və etnoenergetik mahiyyəti ilə ümumtürk abidəsidir. Heydər Əliyev də eposun bu iki səviyyəsini çox gözəl görmüş və onlardan uyğun şəkildə istifadə edərək türk xalqlarını dastanın etnoepik düşüncə nüvəsi ətrafında, ən azı, dastanın 1300 illik yubiley tədbirləri səviyyəsində konsentrasiya edə bilmişdi. Bu, etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırılmasının beynəlxalq səviyyədə həyata keçirilmiş nəhəng nümunəsi idi.

Hörmətli millət vəkili Sadiq Qurbanovun ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu olan Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptinə istinad etməsi, onun epoxal-milli yaddaş dərinliklərinə enməsi də eposun etnoenergetik düşüncə potensiyası olması ilə əlaqədardır. Əgər “Dədə Qorqud” dastanı bu potensiyanın Oğuz-Türk enerjisini özündə daşıyırsa, “Koroğlu” eposu türk xalqlarının milliləşmə dövrünün etnik enerjisini özündə ehtiva edir.

Ölkə Prezidentinin milli qəhrəmanlıq simvolu Koroğlunu müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması onillər boyunca qatı düşmənlərlə üz-üzə dayanmış xalqımızın milli qəhrəmanlıq ruhunun oyadılmasına xidmət edirdi. Bu cəhətdən, məhz qəhrəmanlıq eposuna “xitab edilməsi” tamamilə məntiqi idi.

Epos – hər bir xalqın etnokosmik düşüncə tərzini özündə yaşadan bədii düşüncə sistemidir. O, bügünün gözü ilə daha çox epik janrları əhatə edən bədii sistem olsa da, o, tarixi kökləri və mahiyyəti etibarilə ümumən bədii düşüncə sisteminin bütün arxetipik başlanğıclarını əhatə edir və şərti başlanğıcı etibarilə mifə gedib dayanır. Epos bu mənada mifologiyanın tarixi düşüncə çağındakı paradiqmatik varisidir. Mifin əsas funksional aspekt və səviyyələri mifik şüurun parçalanaraq tarixi şüura keçidi zamanı eposa transformasiya olunur. Məhz bu cəhətdən epos bir sözlü mətn, bədii janrlar sistemi olmaqdan daha iri anlayış olub, ilk növbədə milli düşüncə sisteminin əsasını təşkil edir.

Eposun, o cümlədən “Koroğlu” eposunun ən mühüm funksiyası onun etnosun yaşamasının bütün genetik struktur sxemlərini özündə qoruyan bədii düşüncə sistemi və etnosu düşüncə enerjisi ilə təmin edən milli energetik sistem olmasında ifadə olunur. Bu cəhətdən, milli qəhrəmanlıq ruhunun bütün davranış modellərini özündə arxetipləşdirən Koroğlu, əslində, hər bir azərbaycanlının qəhrəmanlıq ruhunun ayrılmaz parçasıdır. Koroğlu haqqında söylənmiş “Vətəndaş – Vətən daşı” konsepti də məhz bu müstəvidə məna kəsb edir. Üzərində doğulduğu və qoynunda boy atdığı torpağı özünə ana bilən hər bir Azərbaycanlının içərisində bir Koroğlu yaşayır. Bu cəhətdən, Koroğlunun Bakıda ucaldılmış heykəlində bir əlində qılıncı, o biri əlində sazı olan qəhərmanın Qıratın belində buludların fövqünə qalxması Azərbaycan qəhrəmanlıq ruhunun intəhasızlığını və qarşısıalınmazlığını ifadə edir. Bunu biz 44 günlük Vətən savaşında gördük və yaşadıq. Azərbaycan xalqı bu savaşda Vətənin və Vətəndaşlığın Vətənin hər bir daşından başlandığını bütün dünyaya nümayiş etdirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri