Vətəndaşın müraciəti zamanı iradı varsa... | Icma.az
Milli.az saytına istinadən Icma.az xəbər verir. "Özünüməşğulluq proqramı çərçivəsində verilən bütün aktivlərin, öncəliklə proqrama qəbul edi
Onların keçdiyi təlim proqramı ilə bağlı elektron kabinetdə məlumatlar olur.
Təqdim edilən hər bir aktivin vətəndaş tərəfindən şəxsən qəbul edildiyi videoçəkiliş aparılır və həmin kabinetə yerləşdirilir".
Milli.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçkirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur: "Bu, önəmli bir məsələdir.
Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli, Qida Təhlükəsizliyi Agentliyinin, baytarlığın sertifikatları, yoxlama, sağlamlıq arayışları orada olur.
Əgər avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları olur.
Bu sertifikatlarla birlikdə vətəndaş özü şəxsən videoçəkilişlə qəbul edir, hər hansı etirazı olmadığını bildirir və təqdim olunan aktları imzalayır".
Tam oxu
Xəbəri oxu