Icma.az
close
up
RU
Vətəndaşın müraciəti zamanı iradı varsa...

Vətəndaşın müraciəti zamanı iradı varsa...

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Özünüməşğulluq proqramı çərçivəsində verilən bütün aktivlərin, öncəliklə proqrama qəbul edilən hər bir şəxsin elektron kabineti yaradılır. Onların keçdiyi təlim proqramı ilə bağlı elektron kabinetdə məlumatlar olur. Təqdim edilən hər bir aktivin vətəndaş tərəfindən şəxsən qəbul edildiyi videoçəkiliş aparılır və həmin kabinetə yerləşdirilir".

Milli.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçkirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deyib. 

Nazirin sözlərinə görə, vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur: "Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli, Qida Təhlükəsizliyi Agentliyinin, baytarlığın sertifikatları, yoxlama, sağlamlıq arayışları orada olur. Əgər avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları olur. Bu sertifikatlarla birlikdə vətəndaş özü şəxsən videoçəkilişlə qəbul edir, hər hansı etirazı olmadığını bildirir və təqdim olunan aktları imzalayır".

S.Babayev əlavə edib ki, videoçəkilişlərin hamısı nazirliyin elektron səhifəsinə açıq şəkildə qoyulur: "Sizə müraciət edən şəxslərin ad-soyadı və FİN nömrəsi ilə elə qəbul zamanı təqdimat prosesinə baxa bilərsiniz. Mən öz vətəndaş qəbullarımda da eyni qaydada edirəm. Vətəndaşın müraciəti zamanı əgər özünüməşğulluq aktivləri ilə bağlı iradı varsa, kompüterdə açıb baxırıq və vətəndaşla birgə analiz edirik. Əlavə olaraq, imzalanmış müqavilə çərçivəsində qeyd olunub ki, bir ay ərzində aktivlərin keyfiyyətində vətəndaşın günahı olmadan baş verən hər hansı pozuntuya görə də ona zəmanət verilir, 30 gün müddətində dəyişdirilir.

Amma əgər vətəndaş 6 ay sonra gəlib deyəcəksə, verilən aktiv indi işləmir, əlbəttə ki, zəmanət müddəti keçdiyinə görə dəyişdirilmir. Düşünürəm ki, özünüməşğulluq proqramı Azərbaycanın ən uğurlu layihələrindən biridir. Dünya Bankı müxtəlif ölkələrdə həyata keçirdiyi özünüməşğulluq layihələri içərisində ən uğurlu layihələrdən biri kimi ali mükafatlarından birini bu proqrama verib".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri