Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vətəndaşlar texniki pasportla (texpasport) əmlakına dair mülkiyyət hüququ əldə edə biləcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin sədri Nigar Alimova Prezident İlham Əliyev tərəfindən iyulun 16-da imzalanan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə olunmasını təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə" Fərmanının mahiyyəti və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə təşkil olunan brifinqdə məlumat verib.
O bildirib ki, yeni islahat nəticəsində vətəndaşlar öz əmlaklarına - fərdi yaşayış evlərinə, torpaq sahələrinə mülkiyyət sənədlərini əldə etmək imkanı qazanıb: "Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, əmlak inzibatçılığı, əmlak hüquqlarının qeydiyyatı sahəsində çox saylı islahatlar həyata keçirilir.
Bu islahatların davamı olaraq iyul ayında önəmli fərman layihəsi imzalanıb.
Fərman layihəsi 2015-ci ildə imzalanmış 439 nömrəli fərmana düzəlişləri nəzərdə tutur.
Müxtəlif dövrlərdə ayrı-ayrı dövlət və qeyri-dövlət orqanları tərəfindən vətəndaşlara çoxsaylı mülkiyyətə və istifadəyə verilməsi nəzərdə tutulan sənədlər mövcud idi.
Lakin bu sənədlərin əsasında əmlak hüquqlarının rəsmiləşdirilməsi mülkiyyət hüquqlarının alınması mümkün deyildi.