Icma.az
close
up
RU
Vətəndaşlar texpasportla əmlaklarına dair mülkiyyət hüququ əldə edə biləcəklər

Vətəndaşlar texpasportla əmlaklarına dair mülkiyyət hüququ əldə edə biləcəklər

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətəndaşlar texniki pasportla (texpasport) əmlakına dair mülkiyyət hüququ əldə edə biləcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin sədri Nigar Alimova Prezident İlham Əliyev tərəfindən iyulun 16-da imzalanan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə olunmasını təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə" Fərmanının mahiyyəti və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə təşkil olunan brifinqdə məlumat verib.

O bildirib ki, yeni islahat nəticəsində vətəndaşlar öz əmlaklarına - fərdi yaşayış evlərinə, torpaq sahələrinə mülkiyyət sənədlərini əldə etmək imkanı qazanıb:

"Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, əmlak inzibatçılığı, əmlak hüquqlarının qeydiyyatı sahəsində çox saylı islahatlar həyata keçirilir. Bu islahatların davamı olaraq iyul ayında önəmli fərman layihəsi imzalanıb. Fərman layihəsi 2015-ci ildə imzalanmış 439 nömrəli fərmana düzəlişləri nəzərdə tutur.

Müxtəlif dövrlərdə ayrı-ayrı dövlət və qeyri-dövlət orqanları tərəfindən vətəndaşlara çoxsaylı mülkiyyətə və istifadəyə verilməsi nəzərdə tutulan sənədlər mövcud idi. Lakin bu sənədlərin əsasında əmlak hüquqlarının rəsmiləşdirilməsi mülkiyyət hüquqlarının alınması mümkün deyildi. Bu baxımdan 439 nömrəli fərman özündə çox önəmli sənəd idi.

Fərman nəticəsində yüzminlərlə vətəndaş öz əmlaklarına - fərdi yaşayış evlərinə, torpaq sahələrinə mülkiyyət sənədlərini əldə etmək imkanı qazanıb.

Hər il biz xidmət olaraq vətəndaşların müraciətləri əsasında təhlillər aparırıq. Təhlillər nəticəsində onu da görürdük ki, artıq vətəndaşların əlində 439 nömrəli fərmanla təsbit olunmuş sənədlərdən fərqli sənədlər mövcuddur. Bu dəyişikliyin mahiyyəti həmin siyahını genişləndirərək, yeni hüquq müəyyənedici sənədlər gətirməklə vətəndaşların əllərində olan müxtəlif orqanlar tərəfindən verilmiş sənədlərə hüquq müəyyənedici sənəd statusu verməkdir.

Artıq əvvəlki dövrlərdə, xüsusilə 2001-ci il yanvarın 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texpasport sənədləri əllərində olan vətəndaşlar bu sənədlərdə torpaq sahələrinin ölçüsü göstərilibsə, həmin sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər. Burada önəmli məsələ bundan ibarətdir ki, həmin tikilinin qeydiyyatdan keçib-keçməmə şərti aradan götürülüb".

Burada bir məsələni vurğulamaq lazımdır ki, həm 439 nömrəli fərmanın tətbiqi zamanı, həm də yeni fərmanın tətbiqi zamanı vətəndaşların əllərində olan sənədlərin arxiv əsasları mövcud olmalıdır.

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see224

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see133

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see125

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri